29.08.2016
Abunəçilərin nəzərinə !
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi 01 Sentyabr 2016-cı il tarixindən etibarən İnternet və İP-TV xidmətləri üzrə «Öncədən ödəmə» sisteminin tətbiqinə başlayır. Bununla əlaqədar olaraq, Sizdən xahiş edirik ki, «AZ-EVRO TEL» MMC tərəfindən Sizə göstərilən İnternet və İP-TV xidmətlərinin «Aylıq Abunə haqqı»nı hər bir cari ay üçün ayın əvvəlində, həmin ayın 5-nə kimi ödəyəsiniz.
Qeyd olunan tarixədək «Aylıq Abunə haqqı»-nı ödəməyən abunəçilərə göstərilən xidmətlər dayandırılacaq.
Əlavə suallarla bağlı Marketinq və Xidmətlərin Satışı şöbələrinə müraciət edə bilərsiniz.
Əlaqə telefonları: 497-07-07; 505-25-99; 437-26-99.