«AZ-EVRO TEL»

Məhdud Məsuliyyətli Cəmiyyəti



«AZ-EVRO TEL» telekommunikasiya şirkəti 1996-cı ildə yaranıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında yaradılan birgə müəssisələrin reyestrində 08 avgust 1995-ci il tərixində, 919 nömrəsi ilə dövlət qeydiyyatına alınmış «AzEuroTel» Birgə Müəssisənin (VÖEN 9900059321) çevrilməsi nəticəsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitəsı İstehsalat Birliyinin tabeliyində (bundan sonra – BTRİB) yaradılan və «AzEuroTel» Birgə Müəssisənin hüquqi varisi olan «AZ-EVRO TEL» Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra – Cəmiyyət) öz fəaliyyətini Azərbaycan Respulikası Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu nizamnamə əsasında həyata keçirir.
«AZ-EVRO TEL» MMC rabitə operatorudur və korporativ və fərdi istifadəçilərə geniş telekommunikasiya xidmətləri spektrini təqdim edir :

— Telefoniya;
— İnternet xidmətləri;
— WiMAX texnologiyası;
— Məlumatların ötürülməsi;
— İP Telefoniya;
— İP Televiziya;
— Triple-Play texnologiyası;
— Korporativ müştərilərə SWIFT, bankomat, VLAN qoşulma və digər xidmətlər;
— Simsiz Dect rabitəsi;
— Telematik rabitə və məlumatların ötürülmə şəbəkələrinin yaradılması;

«AZ-EVRO TEL» MMC Azərbaycan Respublikası Abşeron yarmadasını və Bakı şəhəri ərazisini əhatə edən özünə məxsus bazası əsasında təsbit olunmuş rabitə xidmətlərini təşkil edir.
«AZ-EVRO TEL» MMC-də hüquqi və fiziki şəxslərə şəhərlərarası telefon xidmətlərini göstərir. Bizim beynəlxalq və şəhərlərarası telefoniyamız optimal dəyəri və əla keyfiyyəti ilə fərqlənir. Biz qısa müddət ərzində sizin istəkləriniz əsasında ümumi istifadəli telefon xidmətlərinin təqdim edilməsi üzrə hazırlanmış fərdi həllər təklif edəcəyik.
«AZ-EVRO TEL» MMC-də əlavə xidmət sayını artırmaq imkanı var, və eləcədə Azərbaycanda və xaricdə fəaliyyət göstərən əlaqədar şirkətlərə telekommunukasiya sahəsində istənilən rabitə xidmətlərini göstərməyə hazırdır.
Bizim işimizin əsas prinsipləri yüksək səviyyəli xidmətlərin təminatıdır. MMC-nın son texnologiyalardan istifadə etməsi müxtəlif istiqamətlərdə (şəhər telefon rabitəsi, beynəlxalq və şəhərlərarası telefoniya) özəl və korporativ müştərilərə xidmət göstərməyə imkan verir.

Bizim üstünlüklərimiz :

— 15 ildən artıq telekommunikasiya xidmətlərinin göstərilməsində təcrübə;
— Geniş Telekommunikasiya xidmətləri və servis spektri;
— Yüksək keyfiyyətli xidmət;
— Xidmətlərin qoşulmasında və texniki məsələlərin həllində operativlik;
— Hər bir müştəriyə fərdi yanaşma;
— Müştərilərin ehtiyaclarının təmin edilməsinə kompleks yanaşma;
— 24 saat peşakar texniki dəstək.

MMC-in fəaliyyəti Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilmiş lisenziya (01.09.1996 il № 002) əsasında həyata keçirilir. «AZ-EVRO TEL» MMC rabitə qurğularının layihələndirilməsinə və quraşdırılmasına, televiziya və informasiya sistemlərinin siqnalizasiyasına dair lisenziya mövcudluğu fəaliyyət sahəsinin genişləndirilməsinə və şəbəkənin daxili inkişafı məsələlərinin daha surətli həll edilməsinə imkan yaradır.