Layihə haqqında



Saytın məqsədi müştərilərlə «AZ-EVRO TEL» cəmiyyətinin servis xidmətləri arasında qarşılıqlı əlaqəni asanlaşdıran yeni rabitə üsullarının yaradılması və yaxşılaşdırılmasıdır. Müştərilərə keyfiyyətli xidmətlərin göstərilməsi və meydana gələn problemlərin operativ sürətdə həll edilməsi.
Bu məqsədlə bizim şirkətin mütəxəssisləri tərəfindən müqavilələrin bağlanmasından başlayan və müştərilərin texniki dəstək prosesi ilə tamamlanan bir neçə proqram həllindən ibarət olan bu layihə yaradılıb. Biz bir sıra yeniliklər tətbiq etmişik və biz hesab ediri ki, bunlar əsaslı yeniliklər olmalıdır.

Bu sayt əsas üç istiqamətdə inkişaf edir :

— Xidmətlər və qiymətlər haqqında ətraflı məlumat;
— Şəbəkə istifadəçilərimiz üçün Servis Xidmətləri;
— Ümumi məlumatlar və xəbərdarlıq.
Bizim sayt çox dəyişilib. Saytda bir sıra konstruktiv dəyişikliklər və təkmilləşmə işləri aparılmışdır. Bu sayt üzərində işləyərkən, ilk növbədə təqdim edilən informasiyanın sadə və aydın olmasını nəzərdə tuturduq. Biz yalnız sizin rahatlığınız, xidmətlərin yaxşılaşdırılması, müştərilər tərəfindən daxil olan sorğuların yerinə yetirilməsi və gözləmə vaxtının azalması, müştərilərin texniki dəstək xidməti tərəfindən həyata keçən məlumat emalının yaxşılaşdırılmasını üçün çalışmışıq.

Bizim prinsiplərimiz :

— Xidmətlərin istifadəsində maksimum rahatlıq, hər bir müştəri üçün əlverişli şəraitin yaradılması, tam avtomatlaşdırılmış Müştərilərin dəstək xidməti;
— Xidmətlərin geniş seçimi, əlverişli texniki şərtlər, xidmətlərin etibarlılığı və keyfiyyəti qarşılığında münasib qiymət;
— Müştərilərə təqdim edilən genişləndirilmiş dəstək və konsultasiya sistemi.

Bu layihə müasir informasiya texnologiyaların tələblərini nəzərə alaraq, «AZ-EVRO TEL» cəmiyyətinin müştərilərə xidmət sisteminin formalaşması ilə bağlı şirkət siyasətinin müəyyən bir realizasiya mərhələsini təşkil edir.

Bu layihənin sizin üçün maraqlı olacağına və bütün maraqlanan istifadəçilər üçün böyük fayda gətirəcəyinə ümid edirik. Biz «AZ-EVRO TEL» cəmiyyətinin İnformasiya Texnologiyaları Şöbəsi saytının işi ilə bağlı arzu və təkliflərinizi həyata keçirməyə şad olarıq.