IP PBX Sistemi






IP-PBX (Private Branch eXchange) — İP şəbəkələri üzrə telefon zənglərinin həyata keçməsinə imkan yaradan hazır telefon sistemidir. Bütün danışıqlar məlumat paketi şəklinə salınır və şəbəkə ilə ötürülür. IP-PBX bütün ofis nömrələrini müxtəlif səs servislərı realizasiya olunan bir intelektual şəbəkədə birləşdirməyə imkan yaradır.
İşçilərin əməyi nəticəsizdir, şirkət öz potensial müştərilərini itirir, və mövcud müştərilərlə kommunikasiya çox da yaxşı deyildir?
Bu kimi məsələləri «AZ-EVRO TEL» cəmiyyəti tərəfindən təqdim olunan IP-telefoniya — IP-PBX bazasında kompleks şəklində rabitə xidmətlərinin köməyi ilə həll etmək mümkündür.
IP-PBX sisteminin idarə edilməsi, müştərilərlə ən münasib qarşılıqlı əlaqə yaratmağa imkan verən dostluq veb-interfeysı ilə həyata keçirilir.

IP PBX sistemi istifadəçilərə aşağıda göstərilən imkanları yaradır :

— Səs poçtu. iz digər istifadəçilərdən səsli mesaj alıb və göndərə bilərsizniz. Məlumat Sizin email-ünvanınıza göndərilə bilər;
İnteraktiv səsli menyu (IVR). izin nömrəyə zəng edən şəxsə telefon düymələrinin yığımı ilə idarə olunan səsli menyu təklif olunur, və onun köməyi ilə o öz sualına cavab tapa bilər və ya lazımı işçi ilə əlaqə qura bilər;
— Zənglərin yönləndirilməsi. Bu həm zəngin digər telefon nömrəsinə daimi yönləndirilməsinə (məsələn, işçilərin məşğulluğundan asılı olaraq), həm də zəngin əl ilə digər nömrəyə keçirilməsinə imkan yaradır;
— Zəngin saxlanılması. Sizin nömrəniz məşğul olduğu halda zəng edən şəxs gözəl bir musiqi sədası eşidəcək;
— Zəng növbəsi. Eyni zamanda bir neçə nəfər zəng etdikdə, bu xidmət hər zəngi saxlayıb, gözlətmə növbəsinə qoymaq imkanını verir;
— Danışığın yazılması. Nizamlanma qaydalarına əsasən danışıqların yazılma sistemi telefon zənglərini sənədləşdirir və bu sistemin eyni zamanda işləyən yazılma kanallarının sayı məhdudlaşdırılmır;
— NAT. Nömrənin avtomatik təyin edilməsi;
— Nömrələrin qara siyahısı. Lazım olmayan zənglərin blokirovkası;
— Konfrans rabitə. Eyni zamanda bir neçə abunəçi ilə danışmaq imkanı. Məsələn, bu iclasların və təqdimat mərasimlərinin keçirilməsi üçün çox rahatdır;
— Аvtomatik katib. СÖzünəxidmətin rolunu aktivləşdirən və IVR-də maksimal zəngləri başa çatdıran giriş zənglərin intelektual işlətmə sistemidir.

IP-PBX sistemin tətbiq edilmə sahəsi :

— Avtomatlaşdırılmış məlumat-axtarış xidmətləri;
— Müştərilərə dəstək xidməti;
— Telesəsvermə (əhalinin avtomatlaşdırılmış telefon sorğusu);
— TV və digər kütləvi informasiya vasitələrində pullu interaktiv telefon xidmətləri;
— Mütəxəssislərin pullu konsultasiyaları;
— Çıxışları telefon kartları vasitəsilə həyata keçən rabitə və informasiya xidmətləri;
— Konfrans-əlaqə;
— Telemarketing (xidmətlərin və məhsulların telefonla satışı).