Call-mərkəzi sistemi





Call-mərkəzi — əsas məqsədi xidmət və məhsulların satışı üçün istifadə olunan təcili, məlumat-arayış, konsultasiya, sifariş, texniki və digər xidmətlərə daxil olan telefon müraciətlərinin qəbul edilməsi və işlənməsi olan xüsusi rabitə avadanlığı kompleksi və telefon rabitəsi resursudur.
Kompyüter telefoniyası texnologiyasının bazası üzərində qurulan РВ-nin digər ənənəvi Call-mərkəzlərindən fərqi ondadır ki, orada «məşğuldur» siqnalı generasiya olunmur. Sistem, birincilik prinsipini istifadə edərək və sıralanma qaydasını nəzərə alaraq, avtomatik dayanmadan külli miqdarda zənglərin işlənməsini həyata keçirir.

Call-mərkəzinin üstünlükləri :

— Az sayda aqentlər istifadə edərək, eyni sayda çağırışlara xidmət edir və bununla insan ehtiyatlarına və digər xərclərə qənaət edir;
— Call-mərkəzi avtomat və ya yarımavtomat rejimində telefonla hər hansı bir məlumatın operativ yığılmasını və təqdim edilməsini təşkil edir, və eləcədə müştəriləri digər əlavə rabitə xidmətləri ilə təmin edir;
— Verilən suallara İşçilərin tez və nəzakətli reaksiyası nəticəsində müştərilərin razı qalmasına nail olur;
— Seçdiyi rabitə vasitəsindən asılı olmayaraq (telefon, elektron poçt, web-çağırış) müştəriyə göstərilən xidmətin vahid qaydası və keyfiyyəti;
— Çıxış zəngləri kampaniyaların avtomatlaşdırılması (mövcud və potensial müştərilərə zəng vurma, reklam aksiyaların keçirilməsi, direct-mail и s.);
— Təfsilatı göstərilməsi ilə Call-mərkəzinin işi haqqında ətraflı statistik məlumatın olması (daxil olan zənglərin vaxtı, xidməti coğrafiyası);
— Xidmət göstərilməyən zənglərin sayının azalması və bu saya nəzarət edilməsi.

Call-mərkəzinin köməyi ilə təşkil etmək mümkündür :

— Avtomatlaşdırılmış məlumat-sorğu xidmətləri;
— Müştərilərə dəstək xidməti;
— Telesəsvermə (əhalinin avtomatlaşdırılmış telefon sorğusu);
— TV və digər kütləvi informasiya vasitələrində pullu interaktiv telefon xidmətləri;
— Mütəxəssislərin pullu konsultasiyaları;
— Telefon kartları vasitəsilə çıxışları həyata keçən rabitə və informasiya xidmətləri;
— Konfrans-əlaqə;
— Telemarketing (xidmətlərin və məhsulların telefonla satışı).