Ayrılmış xətlərin icarəsi






Ayrılmış rabitə kanallarının icarəsi — Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən Sizin ofis və filiallarınız arasında yüksək sürətli və etibarlı məlumat mübadiləsidir.
«AZEUROTEL» cəmiyyəti böyük həcmli məlumatların ötürülməsi və ya korporativ telefon və hesablama şəbəkələrinin təşkil edilməsi üçün müştərinin ofisləri arasında etibarlı əlaqəni təmin edən «nöqtə-nöqtə» ayrılmış kanallar xidmətini təqdim edir.

Rabitə kanallarının istifadəsi aşağıdakıları təmin edir :

— Korporativ şəbəkələrin qlobal məlumat ötürülmə şəbəkələrinə qoşulması;
— Dövlət orqanlarının və idarələrinin məlumat ötürülmə şəbəkələrinin birləşməsi və anoloji məqsədləri onlan digər şəbəkələr ilə birləşməsi;
— Korporativ telefon və hesablama şəbəkələrinin yaradılması;
— Operator və provayder şəbəkələrinin marşrutlaşdırılmış və kommutasiya edilmiş avadanlığının birləşməsi;
— Rabitə qovşaqları operatorlarının beynəlxalq trafik mübadiləsinin ən geniş yayılmış nöqtəsinə və ya əsas xarici provayder qovşaqlarına qoşulması;
«Sonuncu mil» in təşkili.

«AZEUROTEL» cəmiyyətinin rəqəmsal kanalları::

— Müasir texnologiyaların istifadəsi;
— Şəbəkənin çıxış nöqtələrində yüksək keyfiyyət;
— İnformasiya mübadiləsi sürətinin təmin olunması;
— Bütün səviyyələrdə xidmətin rezervasiyası;
— Bütün qovşaqlarda gecə-gündüz monitorinqın aparılması;
— «Gün ərzində24 saat / həftədə 7 gün» rejimində yüksək keyfiyyətli texniki dəstək.

Bizim mütəxəssislər rabitə şəbəkələrinin layihələndirilməsi, tikintisi və istismara verilməsi üzrə bir sıra işləri həyata keçirirlər. Bu, nisbətən qıssa müddət ərzində yüksək keyfiyyətli rəqəmsal kanalların tam təşkilini həyata keçirməyə imkan yaradır.

Tariflər

 

Optik liflərin icarəsi

Xidmətin adı Aylıq istifadə haqqı,manat, ƏDV ilə
1 cüt FO lifin icarəsi(4 km qədər) hər 1 km üçün
60.00
1 cüt FO lifin icarəsi(4 km-dən artıq) hər 1 km üçün
10.00