Optik rabitə kanalları






Optik-lif kanallar, rabitə sahəsinin ən perspektiv istiqamətlərindən biridir. Optik kanalların keçirtmə qabiliyyəti mis kabellərdən çəkilmiş xətlərin keçirtmə qabiliyyətindən yüksəkdir. Bundan əlavə, optik-lifə xarici əngəllər təsir göstərmir, və buda mis rabitə kanallarında olan tipik problemləri aradan qaldırır. Optik şəbəkələr siqnalları uzun məsəfələrə itkisiz ötürmək qabiliyyətindədirlər.
«AZ-EVRO TEL» cəmiyyətinin geniş yayılmış şəxsi optik lifli şəbəkəsi müvcuddur. Bizim mütəxəssislər tərəfindən şəbəkənin inkişafı istiqamətində bütün lazımı işlər həyata keçir və bununla istehlakçılara daha çox yüksək səviyyəli xidmətlərin göstərilməsinə imkan yaradılır.
«AZ-EVRO TEL» cəmiyyəti Müştərinin məsələsinin həllinə kompleks şəklində yanaşaraq İnternet çıxışı, məlumatların ötürülməsi kanalını, uzaqda yerləşən ofislərlə əlaqəni, ənənəvi rabitəni və IP-telefoniyanı, qurulmuş optik avadanlığı, monitorinq sistemini və sistemin dəstəklənməsini əldə etməyə imkan yaradır. Belə bir həll yolu İnternet qlobal kompyüter şəbəkəsinə və korporativ resurslara yüksək sürətli müdafiə olunmuş çıxış imkanını təqdim edir. Bu halda birləşmənin operativliyi, etibarlılığı və təhlükəsizliyi lokal şəbəkədə olduğu kimi olacaq.

Bu qoşulma növünün üstünlükləri :

— Beynəlxalq şəbəkə ilə fasiləsiz əlaqə;
— İnformasiya mübadiləsinin sürətli və keyfiyyətli təmin olunması;
— Məlumatların qəbulu və ötürülməsi etibarlılığı;
— Şəxsi korporativ şəbəkənin yaradılması imkanı;
— Hər hansı əlavə xidmətləri tez və keyfiyyətli əldə etmək imkanı;
— «AZ-EVRO TEL» cəmiyyətinin əsas şəbəkəsi vasitəsilə bir birindən böyük məsafədə olan obyektlərin qoşulması.

«AZ-EVRO TEL» cəmiyyətində rabitə qurğularının, , televiziya və informasiya sistemlərinin layihələndirilməsinə və tikintisinə dair lisenziyaların mövcud olması, onun xidmətlərin təqdim edilməsi sahəsində fəaliyyətinin daim genişləndirilməsinə, və eləcədə şəbəkənin daxili inkişaf məsələlərinin operativ həll edilməsinə imkan yaradır.

Tariflər

 

Fiberoptik rabitə kanalı

Kanalın sürəti, Kbit/s
Bidəfəlik ödəniş (manat)
Aylıq ödəniş (manat)
Qeyd
  9,6 Kbit/s-dən 128 Kbit/s qədər
94,00
47,00
 
  192 Kbit/s-dən 512 Kb/s qədər
189,00
142,00
 
  576 Kbit/s-dən 960 Kb/s qədər
378,00
189,00
 
  1024 Kbit/s-dən və daha yuxarı
566,00
295,00