IP Telefoniya






IP-telefoniya, сson vaxtlar sürətlə inkişaf edən rabitə vasitəsi olmuşdur. Müasir texnologiyaların inkişafı ünsiyyət qurmaq üçün gözəl imkanlar yaratmışdır. Bu ya sabit ev aparatları, və ya mobil telefonlarıdır.
Səyahətə və ya iş ezamiyyətinə getmək qərarını aldığınızda zənglərinizi İnternet vasitəsilə həyata keçirə bilərsiniz. Dost və ya qohumlarınızın köməyindən, mehmanxananın pulsuz Wi-Fidan və ya internet kafenin köməyindən istifadə edə bilərsiz. Bu İP-telefoniyanın ən vacib üstünlüklərindən biridir.
İP-telefoniyada şəbəkə abunəçisinə zəng, «rouming»kimi anlayışlar yoxdur. İP-telefondan istifadə etdikdə tariflər sabitdir və hansı ölkəyə zəng elədiyinizdən asılı deyil.
İstehlakçının diqqətini cəlb edən ən birinci məsələ bir dəqiqəlik danışığın qiymətidir. İstədiyiniz vaxt Siz digər zənglər imkanları ilə müqayisədə ən aşağı qiymətlə müasir texnologiyaların üstünlüklərini əldə edərək İP-telefondan istifadə edə bilərsiniz. 1,5-2 dəfə qənaət — bu həqiqətdir. Bu xidmət bir neçə ildir açıqdır və «AZ-EVRO TEL»-in abunəçiləri üçün dünyanın istənilən nöqtəsinə zəng etmək imkanını yaradır.
İP-telefoniyanın üstünlükləri barədə burada oxuyun.

«AET IP-telefon kartları». Bu xidmətdən necə istifadə etməli?

IP telefoniya xidmətindən istifadə etmək üçün siz 492/497/437/504/505 ATS-nın abunəçisi olmalısınız və ya bu nömrələrə birbaşa çıxışınız olmalıdır, sonra isə siz «AZ-EVRO TEL» şirkətinin abunə şöbəsində IP kartını almalısınız və, beləliklə, karta əlavə olan təlimata riayət edərək, siz beynəlxalq və şəhərlərarası rabitəyə ödənilmiş çıxış əldə edirsiniz.
Hər kartda 10 rəqəmli PIN-kod. vardır. Kartın özü heç bir əlavə funksiyaya malik deyil və yalnız xidmətin ödənilməsini təsdiq edir. Əldə etdiyiniz IP kartın dəyəri sizin telefon danışıqlarınız üçün depozitdir.

…və ən əsası !

Şirkətimiz tərəfindən təqdim edilən xidmətlər danışıq vaxtını nəinki məhdudlaşdırmır, hətta əksinə danışıq vaxtını artırır, və bununla bərabər adi telefon xətləri ilə aparılan danışıqlarla müqayisədə büdcəyə 50% qənaət etmək imkanını yaradır.

«AET» kartları 5, 10, 20, 40 və 80 manat nominalları ilə buraxılır.

Mütləq ! «AET İP-telefon kartları» xidmətinin təlimatı və istifadə qaydaları ilə tanış olun.

Tariflər