Şəhərlərarası və beynəlxalq telefon rabitəsi






Telefon rabitəsi hər hansı bir şirkətin əsas atributu sayılır və müasir şəraitdə, informasiya texnologiyaların intensiv inkişaf edən bir əsrdə onsuz həyatı təsəvvür etmək mümkün deyil. Telefon — şəhərdaxili telefon zənglərini həyata keçirmək, və eləcədə şəhərlərarası və beynəlxalq telefon rabitəsi çıxışı əldə etmək deməkdir.
«AZ-EVRO TEL» şirkətinin telefon rabitəsi xidmətləri — telekommunikasiya avadanlığı, müasir texnologiyalar və yüksək ixtisaslı işçi heyəti ilə təmin edilən etibarlı və keyfiyyətli rabitədir. Biz həm fiziki şəxslərlə həmdə müxtəlif şirkətlərlə eyni məsuliyyət və peşəkarlıqla işləyirik, və rabitə xərclərini optimal istifadə etmək üçün individual həll yollarını təklif etməyə hazırıq.

Bizim imkanlarımız:

— bizim xidmət zonamızda yerləşən hər hansı bir obyektin tez və effektiv telefonlaşdırılması (ATS 492/497/437/504/505 АТС 432,438/439,491,494/495 zonasında);
— yüksək keyfiyyətli şəhərlərdaxili, şəhərlərarası və beynəlxalq rabitə, və eləcədə şəhərlərarası və beynəlxalq rabitəyə asan çıxış;
rəqəmsal telefoniya sistemlərinin istifadəsi (IP- telefoniya, IP-PBX, Call-mərkəzi);
İnternet şəbəkəsinə qoşulma (ADSL , WiMAX ,Triple Play);
telefon şəbəkəsinin bütün əlavə funksiyalarına çıxış (çağırışın yönləndirilməsi, konfrans-rabitə,daxil olan və çıxan rabitənin qadağası və s.);
— müxtəlif istehsalçıların müasir korporativ, şirkət ATS-nin qoşulması;
— əlverişli tarif siyasəti və geniş xidmət seçimi :

a. Ümumi istifadəli əsas telefon xidmətləri;
b. Kortorativ şəbəkələrin qoşulması;
c. Şəhərlərdaxili rəqəmsal kanallar (portlar);
d. Sabit şəbəkə telefonları vasitəsilə həyata keçirilən şəhərlərarası və beynəlxalq telefon danışıqları;
e. Rəqəmsal telefoniya — AET IP-Telephony;
f.  AET IP-kartlar vasitəsilə həyata keçən şəhərlərarası və beynəlxalq telefon danışıqları;

«AZ-EVRO TEL» şirkətinin şəhərlərarası və beynəlxalq rabitə xidməti bütün dünya ilə əlaqə yaratmaq deməkdir, bu rahat, əlverişli və sərfəlidir !

Tariflər

 

Şəhərlərarası telefon rabitəsi xidmətləri üçün tariflər


Xidmətlərin adı Tariflər (ƏDV daxil olmaqla), manatla
1
Şəhərlərarası telefon danışığının 1 dəqiqəsi. *3
0,05
Əlavə xidmətlər
2
Şəhərlər arası və beynəlxalq danışıqlara görə açıqlamaların verilməsi
0,10
3
Bir telefon nömrəsinin 1 ay ərzində giriş-çıxış zəngləri barədə məlumatın verilməsi
1,00
Beynəlxalq telefon danışıqları üçün tariflər
4
Mobil və sabit şəbəkə telefonlarından həyata keçirilən beynəlxalq telefon danışıqlarının 1 (bir) dəqiqəsi üçün. *4

0,32
5
İP telefoniya ilə aparılan beynəlxalq telefon danışıqlarının 1 (bir) dəqiqəsi üçün
0,18

Qeydlər :

1. Çəkiliş haqqı tarifinə 100 metr məsafəyədək şəbəkəyə qoşulmaq üçün bütün xərclər daxildir. Əlavə tələb olunan xətt materiallarının, iş və xidmətlərin dəyəri smeta əsasında abunəçi tərəfindən ödənilir.

2. Abunəçinin istifadəsində olan telefon ailənin digər üzvünün adına ödənişsiz sənədləşdirilir (ailə üzvü olmasını təsdiq edən sənədlər təqdim edildiyi halda).

3. Şənbə, bazar və bayram günləri bütün sutka ərzində, digər günlərdə isə saat 00:00-dan 08:00-dək tarifə 0,8 əmsalı tətbiq edilir

4. Şənbə, bazar və bayram günləri bütün sutka ərzində, digər günlərdə isə saat 00:00-dan 08:00-dək qeyd olunan tarifə 0,75 əmsalı olunur.

5. Mənzil telefonları ofis və idarələrdə istifadə olunduqda inzibati xətalar məcəlləsinə uyğun tədbirlər görülür və eyni zamanda abunəçiyə telefondan istifadəyə üzrə aylıq abunə haqqına görə «qeyri-əhali» üçün nəzərə tutulmuş tarif tədbiq olunur.

6. Rəsmi bayram günlərində telekommunikasiya Operatorları maliyyə imkanları daxilində tariflərə müəyyən güzəştlər tədbiq edə bilərlər.

7. Bu tariflər mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilmiş Lisenziya əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən bütün sabit şəbəkə Operatorlarının xidmətlərinə şamil olunur.

8. Sabit şəbəkə (o cümlədən, məftilli və məftilsiz) telefonları vasitəsi ilə həyata keçirilən şəhərlərarası və beynəlxalq telefon danışıqları üçün «107» sifariş xidmətinin tarifi bir sifariş üzrə ƏDV daxil olmaqla kənd yerləri üçün 5 qəpik, şəhər və rayon mərkəzləri üçün 10 (on) qəpik müəyyən edilir. «107» sifariş xidmətinin haqqı bu xidmətlə həyata keçirilən şəhərlərarası və beynəlxalq telefon danışıqları üzrə ödənişə əlavə edilir.


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
218 saylı 27.12.2013-cü il tarixli Əmri ilə Təsdiq edilmişdir.



I. Beynəlxalq peyk şəbəkələri istiqamətinə təşkil olunan danışıqların tarifləri.


Məzmunu 1 dəqiqə danışıq üçün tarif (ƏDV daxil olmaqla) manatla

1

Beynəlxalq peyk şəbəkələri istiqamətinə danışıq haqqı (Əlavə - 1).

4,00


II. Xarici ölkələrdə təşkil olunan xüsusi xidmətlər və terminasiya qiyməti yüksək olan istiqamətlər üzrə maya dəyəri nəzərə alınmaqla «107» xidməti üzərindən təşkil olunan danışıqların tarifləri.


Məzmunu 1 dəqiqə danışıq üçün tarif (ƏDV daxil olmaqla) manatla

1

Xarici ölkələrdə təşkil olunan xüsusi xidmətlər və terminasiya qiyməti yüksək olan istiqamətlərə danışıq haqqı (Əlavə-2).

2,00

Qeyd : Rabitə müəssisələrinin əsaslandırılmış təkliflərinə uyğun olaraq, əlavələrdə göstərilən siyahılara yeni istiqamətlər və xidmətlər daxil edilə və ya çıxarıla bilər.