ATS 492/497/437/504/505.

Servis xidmətləri








«AZ-EVRO TEL» cəmiyyətinin 492/497/437/504/505 rəqəmsal ATS abunəçiləri telefon apparatının funksiyalarını artıran geniş spektirli əlavə xidmətlərdən istifadə etmək imkanına malikdirlər. Ton rejimində işləyən telefon apparatları olan abunəçilərə təqdim edilən əlavə xidmətlər qabaqcadan ATS-də qoşulur. Bundan sonra xidmətlərin aktivləşdirilməsi və deaktivləşdirilməsi telefon vasitəsilə abunəçi tərəfindən həyata keçir.

Servis xidmətlərinin siyahısı :
Çağırışın başqa telefon nömrəsinə istiqamətləndirilməsi;
Avtomatik çağırış xatırlatma;
Danışıq zamanı yeni çağırışın daxil olması haqqında bildiriş;
Üçtərəfli konfrans-rabitə;
Giriş çağırışlarının müvəqqəti bağlanması;
Çıxış çağırışlarının bağlanması;
Avtomatik təkrar zəng.

Servis xidmətlərinin istifadə qaydaları :

Çağırışın başqa telefon nömrəsinə istiqamətləndirilməsi — daxil olan zəngin bir nömrədən digərinə istiqamətləndirilməsinə imkan yaradır. Nömrə daxil olan zəngi qəbul edir və avtomatik digər telefon nömrəsinə istiqamətləndirir. Beləliklə, abunəçi iş nömrəsinə daxil olan zəngləri ev və ya mobil telefonuna qəbul edə bilər.




   Xidmətin aktivləşdirilməsi      — düymələrindən istifadə edin [*][2][1][*][getdiyiniz yerin telefon №-si][#]

   Yoxlama                                — düymələrindən istifadə edin [*][#][2][1][#]

   Xidmətin deaktivləşdirilməsi  — düymələrindən istifadə edin [#][2][1][#]



Avtomatik çağırış xatırlatma — sadə və asan bir xidmətdir. Əgər Siz gecikməyi xoşlamırsızsa, lakin mühüm olan görüşlər və zənglər barədə unudursuzsa bu xidmətdən istifadə edin. Saatı təyin edin və Sizə lazım olan vaxtda telefon zəng çalacaq.




   Xidmətin aktivləşdirilməsi       — düymələrindən istifadə edin [*][5][5][*] [vaxt - 4 rəqəm, saat/dəqiqə][#]

   Yoxlama                                — düymələrindən istifadə edin [*][#][5][5][#]

   Xidmətin deaktivləşdirilməsi   — düymələrindən istifadə edin [#][5][5][#]



Danışıq zamanı yeni çağırışın daxil olması haqqında bildiriş — bu xidmət vasitəsilə danışıq zamanı Siz yeni çağırışın daxil olması haqqında bildiriş alırsınız. Xidmət operator tərəfindən quraşdırılır. Siz ancaq xidməti aktivləşdirə və deaktivləşdirə bilərsiniz.
Danışıq zamanı siqnal tonu eşitdikdə birinci abunəçi ilə əlaqəni kəsmədən ikinci abunəçi ilə əlaqəyə girib sonra isə birinci ilə danışığa davam edə bilərsiniz. Bunun üçün:

1. Birinci abunəçidən gözləməyini xahiş edirsiniz, [F] düyməsini basırsınız və cnfysiyanın signal səsini eşidib, [2] düyməsini basırsınız.
Telefon apparatınızda [F] düyməsi mövcud olmadıqda, тəstəyi yerinə qoyursunuz və birinci abunəçini xətdə saxlayaraq 2 düyməsini basırsınız və ikinci abunəçi ilə əlaqə yaradlrsınız.

Bu zaman aktiv olmayan abunəçi gözləmə rejimində saxlanılır, danışıqda iştirak etmir, yalnız stansiyanın xüsusi siqnal tonunu eşidir.

2. İkinci abunəçi ilə danışıb qurtardıqdan sonra [F] düyməsini basırsınız иvə [1] nömrəsini yığaraq birinci abunəçi ilə danışa bilərsiniz. Telefon aparatınızda [F] düyməsi mövcud olmadığı təqdirdə dəstəyi yerinə qoyursunuz və birinci abunəçi ilə danışmaq üçün 1 düyməsini basırsınız.

3. Danışıq zamanı 2-ci abunəçi ilə əlaqə yaratmaq istəmədiyiniz təqdirdə dəstəyi yerinə qoyursunuz və 1-ci abunəçinin zəngini gözləyirsiniz.




   Xidmətin aktivləşdirilməsi       — düymələrindən istifadə edin [*][4][3][#]

   Yoxlama                                 — düymələrindən istifadə edin [*][#][4][3][#]

   Xidmətin deaktivləşdirilməsi   — düymələrindən istifadə edin [#][4][3][#]





Üçtərəfli konfrans-rabitə — bu xidmət vasitəsilə üç abunəçi ilə bir vaxtda əlaqə yaratmaq mümkündür. Bu xidməti həmdə konfran-rabitə adlandırırlar. Xidməti aktivləşdirmək və deaktivləşdirmək lazım deyil. İstifadə etmək qaydası.
Siz bu xidmətdən istifadə edən «A» abunəçisisiniz və «B» abunəçisinə zəng etmisiniz. Danışıq zamanı söhbətə «C» abunəçisinin də qoşulmasını istəyirsiniz. Bunun üçün nə etməlisiniz :
[F] düyməsini basırsınız və, stansiyadan siqnal gəldikdən sonra «B» abunəçisinin nömrəsini yığırsınız;
«C» abunəçisi ilə əlaqə quraraq [F] düyməsini basırsınız və stansiyanın siqnalı gəldikdən sonra 3 düyməsini basırsınız. İndi üçünüzdə söhbət edə bilərsiniz;
— Eyni zamanda yeni çağırışın daxil olması haqqında bildiriş xidmətindən istifadə edirsinizsə, «B» abunəçisi ilə danışıq zamanı yeni çağırış haqqında bildiriş alaraq birinci abunəçini xəttə saxlayıb [F] düyməsini basıb və 2 nömrəsini yığaraq daxil olan zəngə cavab verə bilərsiniz, və sonra [F] düyməsinə basıb və 3 nömrəsini yığaraq konfrans rabitə yarada bilərsiniz və ya [F] düyməsini basıb və 1 nömrəsini yığaraq sonuncu birləşmədən ayrıla bilərsiniz.

«Giriş çağırışlarının müvəqqəti bağlanması» — bu xidmət bütün daxil olan zənglərə qadağa qoyur.

Sizin vacib görüşünüz və ya iclasınız var və Siz telefon zənglərinə vaxtınızı itirmək istəmirsiz?
O zaman bu xidmət məhz sizin üçün nəzərdə tutulub !


«Giriş çağırışlarına qadağa» xidmətindən istifadə edin və Sizi istədiyiniz vaxta qıdır heç kim narahat edə bilməz. Eyni zamanda Siz istədiyiniz yerə zəng edə bilərsiniz.




   Xidmətin aktivləşdirilməsi       — düymələrindən istifadə edin [*][2][6][1][#]

   Yoxlama                                — düymələrindən istifadə edin [*][#][2][6][1][#]

   Xidmətin deaktivləşdirilməsi   — düymələrindən istifadə edin [#][2][6][1][#]




Çıxış çağırışlarının bağlanması — bir və ya bir neçə kateqoriya üzrə çıxış çağırışlarının məhdudlaşdırılması üçün bu xidmətdən istifadə edə bilərsiniz. Çağırışların qadağan edilməsi 4 rəqəmli kodla təsdiq edilir. Ərizə ilə müraciət edərək Siz ATS-də daxil edilən parolu qeyd etməlisiniz. Siz yerinizdə olmadığınız vaxt telefonunuzdan istifadə edilməsini istəmirsiniz? Biz Sizə icazəsiz telefonunuzdan istifadəyə qadağan edilməsinin 5 variantını təklif edirik :

1. Çıxış rabitəsinin tam qadağa edilməsi




   Xidmətin aktivləşdirilməsi         — düymələrindən istifadə edin [*][3][4][1][#]

   Xidmətin deaktivləşdirilməsi     — düymələrindən istifadə edin [#][3][4][1][*][Sizin 4 rəqəmli kodu [#]




2. Şəhərlərarası və beynəlxalq zənglərin qadağan edilməsi




   Xidmətin aktivləşdirilməsi         — düymələrindən istifadə edin [*][3][4][2][#]

   Xidmətin deaktivləşdirilməsi     — düymələrindən istifadə edin [#][3][4][2][*][Sizin 4 rəqəmli kodu [#]




3. Beynəlxalq zınglərin qadağan edilməsi





   Xidmətin aktivləşdirilməsi         — düymələrindən istifadə edin [*][3][4][3][#]

   Xidmətin deaktivləşdirilməsi     — düymələrindən istifadə edin [#][3][4][3][*][Sizin 4 rəqəmli kodu [#]




4. Xüsusi xidmətlər üçün zənglərin qadağan edilməsi (07, 09 və s.)





   Xidmətin aktivləşdirilməsi        — düymələrindən istifadə edin [*][3][4][4][#]

   Xidmətin deaktivləşdirilməsi    — düymələrindən istifadə edin [#][3][4][4][*][Sizin 4 rəqəmli kodu [#]




5. ATS-in bütün əlavə xidmətlərindən istifadə edilməsinin qadağan edilməsi





   Xidmətin aktivləşdirilməsi        — düymələrindən istifadə edin [*][3][4][5][#]

   Xidmətin deaktivləşdirilməsi    — düymələrindən istifadə edin [#][3][4][5][*][Sizin 4 rəqəmli kodu [#]




Geyd! Xidmətə ATS-də qoşularaq Sizin çıxış zəngləriniz məhdudlaşdırılmır. Xidmətin aktivləşdirilməsini və deaktivləşdirilməsini Siz telefon aparatınız vasitəsilə həyata keçirəcəksiniz. Xidmətdən ancaq düyməli aparatda isdifadə etmək mümkündür.

Avtomatik təkrar zəng.

Siz istədiyiniz abunəçiyə zəng edib birləşə bilmirsiniz? Çağırılan abunəçinin telefonu məşğuldur?
Problem yoxdur!!!


— Bu xidmət vasitəsilə abunəçi məşğul olduqda onunla avtomatik olaraq əlaqə yarada bilərsiniz. Abunəçinin nömrəsini yığdıqdan sonra 5 düyməsini basın və dəstəyi yerinə qoyun. İstıdiyiniz abunəçinin danışığı qurtardıqdan sonra sizinlə avtomatik olaraq rabitə.