WiMAX Texnologiyası






WiMAX — Geniş qurğu spektoru üçün uzun məsafələrdə universal simsiz rabitəni təmin etmək məqsədi ilə hazırlanmış telekommunikasiya texnologiyasıdır (stansiya və portativ kompyuterdən tutmuş mobil telefona gədər).
WiMAX şəbəkəsi ənənəvi simli texnologiyaların istifadəsi ilə qoşulmaq imkanı olmayan abunəçilərə genişzolaqlı xidmətlərin göstərilməsinə imkan yaradır.

WiMAX texnologiyası yüksək keyfiyyətli rabitə və məlumatların ötürülməsi sürətini təmin edərək, sıx şəhər tikilmə yerləri daxil olmaqla, hər bir şəraitdə işləmək imkanını yaradır. WiMAX «son mil», enişzolaqlı birləşmənin yaradılması, sismsiz çıxış nöqtələrin yerləşdirilməsi, şirkət filialları arasında şəbəkənin təşkili və digər məsələlərin həlli üçün istifadə edilə bilər.

«AZ-EVRO TEL» cəmiyyəti tərəfindən tətbiq edilən WiMAX texnologiyası istifadəçilərinə, multiservis şəbəkəsində xidmət vəhdədini təmin edən əsas İnternet xidmətlərindən başlayaraq və Triple Play xidmətləri ilə başa çataraq, geniş xidmət spektri təqdim edir (video, səs, məlumatlar).

Korporativ müştərilərə

Məlumatların ötürülməsi şirkətin ofisləri arasında qarşılıqlı əlaqənin asanlaşdırılması və idarəetməsinin yaxşılaşdırılması məqsədilə sifarişçinin territoriya üzrə uzaqlaşdırılmış lokal şəbəkələrin bir korporativ şəbəkədə birləşməsi üçün istifadə edilir.
Simsiz virtual xüsusi şəbəkələrin böyük üstünlüyü kabel kanallarının icarəsi, və ya öz fiber-optik xətlərinin çəkilməsi ilə müqayisədə şəbəkə təşkilinin aşağı qiymətə olmasıdır.
ДSon avadanlığın qoşulması üçün standart abunə paketi istifadə edilir. Bizim istifadə etdiyimiz sistem bilavasitə görünüşün mövcud olmadığı halda işləyir və yüksək keyfiyyətli rabitəni təmin edir.

Xidmət korporativ şəbəkənin ən kritik sahələrinin ehtiyat üçün saxlanılmasını, tranzaksiya terminallarının ( bankomatların, POS-terminalların, və s.) qoşulmasını həyata keçirməyə imkan yaradır. Əlavə xərc edilmədən şəbəkənin qurulması və WiMAX şəbəkəsi zonasının hər hansı bir nöqtəsindən korporativ şəbəkəyə çıxış.

Təklif edilən həll yolu simsiz kanalın sürətli təşkili, ayrılmış kabel kanalının istifadəsi ilə təqdim edilən xidmətlə müqayisədə aşağı qiyməti və uyğun tarif planları kimi xüsusiyyətləri ilə xarakterizə edilir.

Texniki imkan olduqda təklif qüvvədə hesab olunur.

Tariflər