Tikinti ilə məşğul olan təşkilatları, kommersiya və yaşayış daşınmaz əmlak sahibləri üçün nəzərdə tutulmuş təkliflərimiz




«AZ-EVRO TEL» cəmiyyəti tikinti ilə məşğul olan təşkilatlara və investorlara daşınmaz əmlak obyektlərinin telekommunikasiya infrastrukturunun yaradılması və layihələndirilməsi sahəsində qarşılıqlı faydalı əməkdaşlıq təklif edir.
«AZ-EVRO TEL» cəmiyyəti telekommunikasiya xidmətlərinin təchizatçısıdır — telefonun quraşdırılmasından başlayaraq kabel rabitə xətlərinin təşkilinə qədər, optik lifli kabelin çəkilişi, lazımı avadanlığın quraşdırılması və binanın daxili bölüşdürücü şəbəkəsinin təşkil edilməsi daxil olmaqla.
«AZ-EVRO TEL» cəmiyyətinin fəaliyyətinin əsas istiqamətlərindən biri tikilən yaşayış və kommersiya binalarının telefonlaşdırılmasıdır.
Bizimlə əməkdaşlıq tikinti ilə məşğul olan təşkilatlara və ya daşınmaz əmlak sahiblərinə telekommunikasiya infrastrukturunun təşkilində maliyyə xərclərinin azaldılmasına və telekommunikasiyalarla təmin edilməsi ilə bağlı məsələlərin tam həll edilməsinə imkan yaradır.

Bizim üstünlüklərimiz

— Birgə layihələndirilmə nəticəsində binanın telefonlaşdırılması ilə bağlı xərclərin azaldılması;
— Tikinti və layihə işlərinin operativ həll edilməsi;
— Rabitə xidmətlərinin tam kompleksi: şəhər, şəhərlərarası və beynəlxalq telefon rabitəsi, İnternetə yüksəksürətli çıxış;
— Xüsusi şərtlərlə geniş rabitə xidmətləri spektrinin təqdim edilməsiх;
— Hər müştəriyə fərdi yanaşma.

İcarəyə verənlər üçün nəzərdə tutulan rabitə xidmətləri

— Rəqəmli telefon rabitəsinin təqdim edilməsi;
— Çoxkanallı telefon nömrələrinin təşkili;
— Rəqəmsal kanallar üzrə telefon stansiyalarının qoşulması;
— İnternetə yüksəksürətli çıxış;
— Voice over IP (IP-telefoniya);
— Ayrılmış rabitə kanallarının icarəsi;
— Lokal şəbəkələrin vahid korporativ şəbəkədə birləşməsi;
— Rəqəmsal kabel televiziyası.

Tikinti ilə məşğul olan təşkilatlara və investorlara təqdim olunan xidmətlər

«AZ-EVRO TEL» cəmiyyəti tikinti ilə məşğul olan təşkilatlara və investorlara rabitə xidmətlərinin təqdim edilməsi üçün obyektlərin telekommunikasiya infrastrukturunun yaradılması və layihələndirilməsi sahəsində qarşılıqlı faydalı əməkdaşlıq təklif edir :
— Yeni tikinti obyektlərində rabitə şəbəkəsinin çəkilişinə kompleks şəklində yanaşma;
— Binaların telefonlaşdırılması üçün lazıımı nömrə tutumunun ayrılması;
— Optik lifli rabitə kanallarının binaya qədər şəkilməşi;
— Kabel şəbəkələrinin layihələndirilməsi və quraşdırılması;
— Lazımı telekommunikasiya avadanlığının quraşdırılması və telekommunikasiya infrastrukturunun texniki istismarı.

Əmlak obyektlərinin telefonlaşdırılması və texniki şərtlərin razılışdırılması məsələləri ilə əlaqədar aşağıda göstərilən ünvana müraciət edə bilərsiniz:
370001, Bakı şəhəri, B. Sərdərov küç 1.
Əlaqə telefonu :  (+ 944 12) 492 65 00


Bir podratçı ilə əməkdaşlıq-görülən işlərin keyfiyyətini artırır, ümumi dəyərini azaldır və layihənin həyata keçmə müddətini qısaldır.
«AZ-EVRO TEL» cəmiyyəti ilə birgə əmlak obyekləri infrastrukturuna investisiyaları həyata keçirərək — Sizin xərcləriniz günü sabah ödəniləcək !