Dial-Up qoşulma




Kommutasiya edilən çıxış (Dial-Up) — telefon xətdində quraşdırılmış cihazların minimum sayını tələb edən qoşulmanın ən köhnə və ən sadə yoludur. Kommutasiya edilən çıxış zamanı Siz 56 kbit/s qədər İnternetə çıxış əldə edə bilərsiniz. Kommutasiya edilən çıxış vasitəsilə İnternetə qoşulma zamanı mənzildə telefon xəttinin olması və V.90 ,V.92 protokollarını istifadə edən adi modemin olması kifayətdir.

Adi telefon nömrələrini yığmaqla kommutasiya edilən xətlər vasitəsilə İnternetə çıxış həyata keçir və bu zaman məlumatları ötürən kommutasiya edilən rabitə kanalı yaranır. Kommutasiya edilən kanalın iş prosesi zamanı telefon məşğul olaraq qalır.

İnternetdə işə başlamaq üçün Siz sadəcə olaraq modem əldə etməlisiniz. Dial-Up modemləri iki növ olur:

1. Daxili modem — kompyuterin boş PCI-slotuna qoşulur, daha aşağı qiymətədir və rəqəmsal ATS-a qoşulan telefon xətləri üçün tövsiyə edilir. Daxili apparat və ya proqram (soft-modem) modemi ola bilər, aparat modemi zəif kompyuterlər üçün (Pentium-2-dən aşağı prosessor), proqram modemi qalan kompyuterlər üçün məsləhət görülür.

2. Xarici modem — COM və ya USB interfeys vasitəsilə kompyuterə qoşulur, daha baha qiymətədir və analoq ATS-lərinə qoşulan telefon xətləri üçün tövsiyə edilir.

Tariflər

 

İnternetə çıxış Dial-Up qoşulma tarifləri

Xidmətin adı
Qiyməti (manat)
Qeyd
1 saatlıq istifadə
0,15
 
Məhdudiyyətsiz çıxış ücün aylıq abunə haqqı
25,00
 
İstifadəçinin qeydiyyatı (1 login və poçt qutusu)
pulsuz