S.W.I.F.T. sisteminə qoşulma




S.W.I.F.T. (Society for World-Wide Interbank Financial Telecommunications) — ümumdünya banklararası maliyyə telekommunikasiya cəmiyyəti maliyyə telekommunikasiyalar sahəsində qabaqcıl beynəlxalq təşkilatdır. S.W.I.F.T. fəaliyyətinin əsas istiqamətləri banklar üçün operativ, etibarlı, konfedensial telekommunikasiya xidmətlərinin göstərilməsi və maliyyə məlumatlarının mübadilə formasının və üsullarının standartlaşdırılması üzrə işlərin aparılmasıdır.

Qısa məlumat

S.W.I.F.T. — baş qərarqahı Brüssel şəhərində olan beynəlxalq bank konsorsiumu — bütün şəbəkə ictifadəçiləri arasında məlumatların ötürülməsi üçün maliyyə məsuliyyəti daşıyan bir təşkilatdır. Şəbəkə istifadəçiləri — məlumatları göndərənlər və alanlar onların məzmununu yoxlayırlar və nəzarət edirlər. Qeyd etmək lazımdır ki, SWIFT öz müştərilərinin hesabları və aktivləri ilə idarə etmir və müştəri adından kliringi və hesabatları həyata keçirmir.
SWIFT direktorlar şürasının fikrincə digər kompaniya üzvləri kimi fəaliyyət göstərən və beynəlxalq maliyyə məlumatlarının ötürülməsi ilə məşğul olan hər hansı bir təşkilat SWIFT üzvü ola bilər. SWIFT direktorlar şürası Molli istifadəçilər qrupunun dəstəyi ilə SWIFT Nizamnaməsinə və ölkənin qanunverciliyinə uyğun tələblər müəyyən edir.

Yeni istifadəçinin SWIFT sisteminə qoşulma proseduru hər ay baş verir və iki hissəyə ayrılır :

1. Təşkilati (müəyyən istifadəçi kateqoriyasında SWIFT cəmiyyətinə daxil olma) :
— Daxil olma ərizəsinin doldurulması və SWIFT-də göndərilməsi (SWIFT Undertaking);
— Daxil olma sənədlərinin elektron formada doldurulması (proqram təminatına dair müqavilə, təhlükəsizlik avadanlığının sifariş forması və s.);
— Bankın razılıq təsdiqinin SWIFT–də göndərilməsi (Readiness Confirmation).

Burada Siz daha dəqiq məlumat ala bilərsiniz.

2. Texniki (Yeni istifadəçinin SWIFT şəbəkəsinə fiziki çıxışının təşkili) :
— İtifadəçi kateqoriyasının müəyyən edilməsi;
— SWIFT-də göndərilməsi üçün sənədlər paketinin hazırlanması;
— Maliyyə təşkilatında aparat-proqram kompleksinin yaradılması və onun bilavasitə SWIFT-ə qoşulması.

S.W.I.F.T.-in üstünlükləri

— Şəbəkənin qurulması, hər bir şəbəkə elementlərinin «qaynar» rezervasiyası hesabına məlumatların xüsusi ötürülmə və qəbul etmə qaydası ilə təmin edilən məlumatlar ötürülməsinin etibarlığı;
— Şəbəkə yüksək dərəcəli fiziki, texniki və təşkilati müdafiə üsullarının kombinasiyası ilə ötürülən məlumatların tam bütövlüyünü və məxfiliyini təmin edir;
— Teleks əlaqəsi ilə müqayisədə əməliyyat xərclərinin azalması. Məsələn, bir standart məlumatın dəyəri (325 bayta qədər) məsafədən asılı deyil, mübadilənin yüksək intensivliyi o dərəcədə qiyməti aşağı salır ki, o teleks və teleqrafla ötürmənin qiymətindəndə aşağı olur;
— Dünyanın istənilən nöqtəsinə məlumatların sürətli ötürülmə üsulu. Məlumatın çatdırılma vaxtı 20 dəq. təşkil edir, onu 1-5 dəqiqəyə qədər azaldmaq olar (təcili məlumat), və buda bəzi rabitə kanallarının göstəricilərini ötüb keçir. Şəbəkənin aralıq mərhələlərinin ixtisara salınması sayəsində məlumat adresata daha tez çatır. Beləliklə, teleqrafla həyata keçən oxşar ötürülmə 90 dəq. baş tutur. Göndərən şəxs alan şəxslə On-line rejimindədirsə məlumatların ötürülməsi 20 saniyəyə baş tutur;
— Bütün ödəniş sənədləri sistemə standartlaşdırılmış formada daxil olduqları üçün bu məlumatların emalını avtomatlaşdırılmasına və nəticədə bank işinin effektivliyinin artmasına imkan verir. Həyata keçən tranzaksiyaların qeyd edilməsi ötürülən göstərişlərin tam nəzarətinə və onlara dair gündəlik avtomatlaşdırılmış hesabatın formalaşmasına şərait yaradır. Bundan başqa, dil baryerləri aradan qaldırılır və bank əməliyyatlarının aparılması praktisında olan fərq azaldılır;
— Beynəlxalq və kredit mübadilələri daha çox SWIFT istifadəçiləri üzərində konsentrasiya edildiyi üçün SWIFT bank üzvlərinin rəqabər bacarığını artırır;
— SWIFT öz üzvlərinə maliyyə mühafizəsinə dair zəmanət verir. Gün ərzində məlumat adresata şatmadığı halda Müştərinin bu gecikməyə görə çəkdiyi vasitəli və ya vasitəsiz məsrəfləri SWIFT öz üzərinə götürür.

Tariflər

 

S.W.I.F.T.-ə telekommunikasiya çıxışı

Xidmətin adı Birdəfəlik ödəniş (manat) Aylıq ödəniş (manat) Qeyd
  64K/8K sürəti ilə S.W.I.F.T. sisteminə çıxış (son avadanlığın dəyəri daxil edilmədən)
1 650,00
795,00
 
Router idarəetməsi (S.W.I.F.T. xidmətinin alınmasında vacib olan)
  CISCO 17xx
320,00
170,00
 
  CISCO 26xx
320,00
375,00
 
  VPN box qaynar ehtiyyatın saxlaması  
36,00
 
  Modem qaynar ehtiyyatın saxlaması  
25,00
 
  Router qaynar ehtiyyatın saxlaması  
36,00