VLAN qoşulması




VLAN (Virtual Local Area Network) — ötürülən məlumatın bütövlüyünü təmin edən vahid vertual şəbəkədə ümumi istifadəli şəbəkəyə qoşulmuş lokal şəbəkələrin və ayrı-ayrı maşınların birləşməsidir. VLAN texnologiyası bir neçə abunəçi arasında daimi əlaqənin yaranmasını təmin edir və aralarında olan səs və məlumat ötürülməsinin mühafizəsinə imkan yaradır. VLAN səs, video və məxfi korporativ məlumatın ötürülməsi üçün optimal bir çıxış yoludur. VLAN iştirakçıları arasında ötürülən trafik qüvvədə olan məlumatın mühafizəsi standartlarına uyğun olaraq mühafizə rejimində ötürülür. Bu xidmət lokal şəbəkələri olan və korporativ şirkətlər üçün nəzərdə tutulub.
«AZEUROTEL» cəmiyyəti inteqrasiya sistemli xidmətləri təqdim edir, LAN, WAN hər hansı bir səviyyəsinin məlumat ötürülmə şəbəkələrinə texniki xidmət göstərir və ofis daxilində kabel telefon və kompyüter sistemlərinin kompleks şəklində quraşdırılması, layihələndirilməsi, şəbəkələrin yaradılması və avadanlığın çatdırılması üzrə işlərdən ibarətdir.
Şəbəkələrin yaranması və layihələndirilməsi zaman «AZEUROTEL» cəmiyyəti özünü yaxşı tanıdan standart həllərdən istifadə edir, bundan başqa hər Müştərinin individual məqsədləri də nəzərə alınır. Layihələndirilmə işləri, müvafiq avadanlığın seçilməsi və lokal şəbəkələrin quraşdırılması strukturlaşdırılmış kabel sistemlərinin standartlarına uyğun olaraq həyata keçir.

Xidmətin fərqləndirici xüsusiyyətləri və üstünlükləri :

— НTerritorial bölünmüş kompyüter şəbəkələrinin birləşməsi zamanı daha güclü şəkildə özünü göstərir. Vertual kanal lokal ofis şəbəkələrin və idarə ATS-lərin bağlanmasına və bir neçə rabitə kanallarının təşkil edilməsinə imkan yaradır, o cümlədən İnternet şəbəkəsinə çıxış əldə etmək üçün;
— VLAN-da birləşən korporativ şəbəkənin territorial üzüqlaşdırılmış seqmentləri arasında Ethernet protokolu üzrə hər hansı bir məlumatın ötürülməsi mümkündür. VLAN-na qoşulma nöqtələrinin sayı məhdudlaşdırılmamışdır. Lazım olduqda VLAN-a qoşulmuş hər hansı bir nöqtə həmdə fiziki rabitə kanal vasitəsilə İnternetə çıxış ilə təmin edilir;
— Müştəriyə məxsus şəbəkələr arasında məhdudiyyətsiz trafikin ötürülməsinə imkan yaradan kanalların icarə haqqının ödənilməs;
— Bir qoşulma nöqtəsi ilə İnternet şəbəkəsinə çıxış;
— Danışığın, məlumatların və video görüntünün eyni zamanda ötürülməsi;
— Məlumatın yüksək sürətli ötürülməsi;
— Qısa nömrə yığımından istifadə edərək korporasiya daxilində ucuz və rahat telefon rabitəsini təşkil etmək imkanı;
— Videokonfransların və uzaq məsafədən təlimin aparılması;
— Sənədlər və məlumat bazası ilə birgə işləmək imkanı;
— Geniş korporativ şəbəkə rabitəsindən istifadə edərək, bir çox məsələləri effektiv həll etmək imkanı;
— Kanalların İcarə haqqının və kommutasiya avadanlığının qiymətinin aşağı olması, şəbəkənin inkişaf etmiş topologiyası;
— Yüksək etibar;
— Yeni şəbəkələrin və istifadəçilərinin qoşulması — miqyas seçiminin asanlığı.

«AZEUROTEL» cəmiyyəti bu xidmət çərçivəsində Müştərilərin tələblərinə cavab verən inteqrallaşdırılmış rabitə şəbəkəsini təşkil edir, onun istismarını və idarə edilməsini təmin edir. Bu o deməkdir ki, biznes fəaliyyətində meydana çıxan bütün telekommunikasiya məsələlərinin həllini peşəkar operatora həvalə edərək, Müştəri fikrini öz əsas profil biznesində cəmləşdirə bilər.

«AZEUROTEL» cəmiyyətinə müraciət edərək Siz aşağıdakıları əldə edə bilərsiniz :

— Rabitənin təşkili üzrə məsələnin düzgün texniki analizi;
— Həllin bir neçə qiymət variantı;
— Bütün avadanlıq spektrinin kompleks yığımı.

«AZEUROTEL» cəmiyyətində rabitə qurğularının, televiziya və informasiya sistemlərinin layihələndirilməsinə və tikintisinə dair lisenziyaların mövcud olması, onun xidmətlərin təqdim edilməsi sahəsində fəaliyyətinin daim genişləndirilməsinə və eləcədə şəbəkənin daxili inkişaf məsələlərinin operativ həll edilməsinə imkan yaradır.

Tariflər

 

VLAN qoşulma

Xidmətin adı
Aylıq istifadə haqqı,manat, ƏDV ilə
VLAN
80.00