İnternetə qoşularkən üzə çıxan tipik səhvlər və onların həlli yolları








Bu bölmədə Windows 2000 , Windows XP və Windows Server 2003 ilə çalışan müştərilərin kompyuterlərində bağlantı yaranan zaman səhv kodlarının siyahısı göstərilir.

Qeyd : Windows 2000 və son versiyalı operasiya sistemi ilə idarə olunan marşulaşdırılmış və ləğv olunan serverə qoşulduqda 900-dən çox səhv kodları meydana çıxır.

Səhv 633 «Modem və ya digər rabitə vasitəsi artıq istifadə edilir və ya sazlanmayıb»
Səhv 651 «Modem səhv haqqında məlumat verir»
Səhv 680 və 676 «Xətt məşğuldur»
Səhv 691 «Giriş qadağandır»
Səhv 692 «Şəbəkə xəttinin ştekeri şəbəkə kartından ayrılıb»
Səhv 718 «Qoşulma ayrılıb»
Səhv 720 «O biri başdakı kompyüter cavab vermir»
Səhv 734 «PPP-rabitənin idarə protokulu qırılıb»
Səhv 735 «Server IP-ünvanı qəbul etmir»
Səhv 815 «Kompyüterin yüksəksürətli qoşulmasını təmin etmək alınmır»



    633 «Modem və ya digər rabitə vasitəsi artıq istifadə edilir və ya sazlanmayıb»

Səbəbi : 734 №-li səhvdə də olduğu kimi lokal şəbəkəyə qoşulma dayandırılıb və sazlama dəyişdirilib.
Düzəliş : Lokal şəbəkəyə qoşulmanı və sazlanmanı 734 №-li səhvdə olduğu kimi bərpa etməli.


    651 «Modem səhv haqqında məlumat verir»

Səbəbi 1 : Rabitə xətti ilə bağlı problemlər.
Düzəliş : Şəbəkə kabelinin bütövlüyünü yoxlamaq (drayveri yenidən quraşdırmaq). Texniki dəstək xidmətinə zəng etmək.
Səbəbi 2 : Winsock interfeysı zədələnib.
Düzəliş : «netsh Winsock reset» komandasını yerinə yetirmək (Пуск(Start)  → Программы(Programms)  → Стандартные(Accessories)  → Командная строка (Command Prompt)) daxil edin «netsh winsock reset» (без кавычек).
Səbəbi 3 : Şəbəkə kartının MAC ünvanı dəyişmişdir (şəbəkə kartın əvəz edilməsi, quraşdırılmış kartları ilə anaplata sistemini yenidənqurulması, marşrutizatorun quraşdırılması).
Düzəliş : Texniki dəstək mərkəzinə dəyişiklik haqqda xəbər vermək.

    678 «O biri başdakı kompüter cavab vermir»

Bu tip səhv sizin kompyüterlə server arasındakı əlaqə olmadıqda ortaya çıxır. Çox güman ki, bunun səbəbi bizim aktiv avadanlığın sazlığı, sizin şəbəkə kartının söndürüldüyü ilə, qoşulmanın antivirus proqramı ilə bloklaşdırılması və ya fayrvolla bağlı ola bilər.
Problemin həlli :
Ola bilər ki lokal şəbəkə kabeli qoşulmayıb və ya kabelin qoşulma yerlərində nasazlıq var.
Ola bilər ki kompyuterinizin şəbəkə adapteri düzgün işləmir. Nasazlığı aradan götürmək üçün şəbəkə adapteri drayverinin yenidən quraşdırılması və ya adapterin dəyişdirilməsi tələb edilə bilər.
Ola bilər ki kabel qırılıb və ya server söndürülüb.
Ola bilər ki şəbəkə adapteri qurğuların dispetçerində söndürülüb. Şəbəkə adapterini işə salın və qoşulma cəhdini təkrarlayın.
Lokal şəbəkə üzrə qoşulmanı yoxlamalı (Пуск(Start)  → Панель управления(Control Panel)  → Сетевые подключения(Network Connections)  → "Lokal şəbəkəylə bağlanma" ya "mouse"un sağ düyməsi ilə basın  → «İşə sal»ı seç). Antivirus proqramını və fayrvolu söndür.
Problem olduğu kimi qalırsa – Texniki Dəstək Xidmətinə zəng vurun.

    680 «qudok səsi gəlmir»

Kompyüter Internet xidmətinin mobil provayderinin modemi vasitəsilə yox quraşdırılmış modem vasitəsilə İnternetə qoşulmağa çalışırsa bu tip səhv meydana gəlir.
Kompyüter Internet xidmətinin mobil provayderinin modemi vasitəsilə yox quraşdırılmış modem vasitəsilə İnternetə qoşulmağa çalışırsa bu tip səhv meydana gəlir.
Belə halda quraşdırılmış modemin proqram təminatının düzgünlüyünü yoxlayın.
"Səhv 633" - – modem istifadə edilir və ya quraşdırılmayıb, məlumatı gəldikdə də bu tip səbəblər optaya çıxır.

    691 «Giriş qadağandı»

www.master.az saytına. daxil olaraq, şəxsi kabinetinizdə balansınızı yoxlayın. Ola bilsin ki, hesabınızda pulunuz bitib. Hesabınızda vəsaitiniz bitmədiyi halda, login və parolunuzun düzgün yazıldığını yoxlayın. Onları yenidən daxil edin.

    692 «Şəbəkə xəttinin ştekeri şəbəkə kartından ayrılıb»

Səbəbi : Şəbəkə xəttinin ştekeri şəbəkə kartından ayrılıb.
Düzəliş : Şəbəkə kabelinin ştekerini şəbəkə kartındakı yuvaya taxmalı.

    718 «Qoşulma ayrılıb»

Belə ki, o biri başdakı kompüter cavab vermədi. «Əlavə» düyməsini basın və ya Müştəri Xidmətlərinə kömək üçün müraciət edin (səhvin nömrəsini qeyd etməklə).
Səbəbi : Avorizasiya serverindən cavab gəlmir. Məsələn: profilaktik işlər aparılır.
Düzəliş : 5-10 dəqiqə gözləmək və yenidən qoşulmaq.


    720 «O biri başdakı kompüterə qoşulmaq olmur»

Ola bilər ki, qoşulmanın şəbəkə xüsusiyytlərini dəyişdirmək gərək olsun. «Əlavə» düyməsini basın və ya Müştəri Xidmətlərinə kömək üçün müraciət edin (səhvin nömrəsini qeyd etməklə).
Səbəbi : Şəbəkəyə qoşulmaq üçün istifadə edilən «РАСТР» qoşulmasında TCP/IP protokolu söndürülüb.
Düzəliş : «РАСТР» qoşulmasında TCP/IP protokolunu işə salmalı.


    734 «PPP-rabitənin idarə protokolu qırılıb»

Sözü gedən səhv qoşulmanın həyata keçirildiyi server təhlükəsizlik protokolları lokal təhlükəsizlik parametrlərilə uyğun gəlmədiyi halda üzə çıxır.
Problemin həlli: «Şəbəkə qoşulmaları» qovluğunda «istifadə edilən qoşulma»nı yükləyin. «Xüsusiyyətlər» keçidini seçib «Təhlükəsizlik» əlavəsini açın. «Yoxlama zamanı istifadə olunan»lar üçün «qeyri-təhlükəsiz şifrəni» seçin.
Problem həllini tapmırsa, Texniki Dəstək Xidmətinə zəng vurun.

    735 «Server IP-ünvanı qəbul etmir»

Səbəbi : Müştəri IP-ünvanı qeyri-avtomat rejimində sazlayıb və o billingdəki ünvanla üst-üstə düşmür.
Düzəliş : : IP-ünvanı avtomatik almalı.

    815 «Kompüterin yüksəksürətli qoşulmasını təmin etmək alınmır»

Belə ki, server cavab vermir.
Səbəbi : 678№-li səhvə bax. PPPoE qoşulmanın səhvləri.

QEYD : http://support.microsoft.com/default.aspx?scid=kb;ru;824864 saytında daha çox səhvlərin təsvirini tapa bilərsiniz.