Təkrar Soruşulan Suallar








Bu səhifədə siz tez-tez verilən suallara cavab tapa bilərsiniz. Sizin rahatlığınız üçün suallar aşağıdakı kateqoriyalara bölünür:



Ümumi suallar: müqavilə, tariflər və ödənişlər;
Texniki suallar: rabitə, telefon xətti, ADSL modemi;
IP-Televiziya.


Ümumi suallar — müqavilə, tariflər və ödəniş

Tarif planını necə dəyişmək olar?
Mən fiziki və ya hüquqi şəxs kimi qeydiyyatdan keçim?
Yayda, məzunuyyət və ezamiyyət dövründə mənə əlavə ödənişin hesablanmaması üçün xidmətin bloklaşdırılması mümükündürmü??
İnternetdə işləyərkən mən daxil olan məlumatların həcminə nəzarət edə bilərəmmi?
Mən müəyyən bir müddət ərzinə xidmətlərin istifadəsini dayandıra bilərəmmi?
Mən başqa internet provayderinə keçmək istədiyim barədə «AZ-EVRO TEL» cəmiyyətinin ofisinə xəbər verməliyəmmi?
Bir tarif planından digərinə keçmək üçün nəqədər ödəmək lazımdır?

Texniki suallar — сrabitə, telefon xətti, ADSL modemi

ADSL vasitəsilə İnternetə çıxış zamanı telefon xidmətinin keyfiyyətinin pisləşməsi mümkündürmü?
Telefon borcu ödənilmədikdə İnternetə çıxış mümkündürmü?
Başqa bir mənzilə köçdükdə ADSL-a qoşulmaq üçün bir daha ödəniş aparılmalıdırmı?
Modemin «ADSL» indikatoru yanıb sönür və yaxuda yanmır. Mən nə etməliyəm?
Mən İnternet və telefonun müzakirəsi barədə oturub edə bilərəmmi?
Məlumatların ötürülməsi hansı aktual sürəti müəyyən edir?
ADSL qoşulu olduqda bir neçə kompyuterdən Internetə çıxış əldə etmək mümkündürmü?
İnternet ödənişi aparılmadığı halda telefon işləyə bilərmi?
Əlaqənin tez-tez kəsildiyi halda nə etməlk lazımdır?
Splitter nədir?
ADSL texnologiyası ilə İnternete qoşulmaq üçün nə lazımdır?

IP- Televiziya

Set-Top-Box AmiNet 110 yüklənilmir?
Televizoru yandırarkən kanallar göstərmir. Problem nədədir?
IP-TV-nin və İnternetin işləməsi üçün hansı modem lazımdır?
IP-TV izləyərkən Internetdən məlumatların yüklənmə sürəti dəyişilirmi?
Eyni vaxtda IP-TV-ə baxmaq və İnternetdə işləmək olarmı?
Eyni vaxtda kompyuterdə IP-TV-ə baxmaq olarmı?
TV ekranında görüntü yoxdur?
Kanallardan biri işləmir ( problem səs və ya görüntüdədir)?
Nə üçün kanalların siyahısı və yayım tezliyi dəyişilir?
IP-TV izləyərkən görüntüler daim kvadrat halında yayılır. Bu necə düzəlir və səbəbi nədədir?
Verliş izləyən zaman birdən görüntü dayanır?
Amino Əlavəsi. AmiNET110 (RC) idarə edici pultun düymələrini basdıqda heç bir nəticə vermir.
IP-TV izləyərkən İnternet trafik nəzərə alınırmı?

Ümumi suallar — müqavilə, tariflər və ödəniş

   Tarif planını necə dəyişmək olar?

Tarif planının dəyişdirilməsi üçün Bakı ş., S.Şamil küç.3 ünvanında yerləşən (İçəri Şəhər metrosunun yanı) «AZ-EVRO TEL» Cəmiyyətinin Müştəri Xidmətləri şöbəsinə yazılı şəkildə müraciət etmək lazımdır.
Tarif planının dəyişdirilməsi haqqında telefonla edilən sifarişlərə baxılmır.

   Mən fiziki və ya hüquqi şəxs kimi qeydiyyatdan keçim?

Fiziki və ya hüquqi şəxs kimi qeydiyatdan keçməyiniz Sizin şəxsi seçiminizdir. Əslində, xidmətlərdə və qiymətlərdə fərq yoxdur, lakin hüquqi şəxsə lazımi mühasibat sənədləri təqdim edilir. Bu, sənədlər sizin təşkilatın mühasibatı üçün lazım olduqda çox vacibdir.

   Yayda, məzunuyyət və ezamiyyət dövründə mənə əlavə ödənişin hesablanmaması üçün xidmətin bloklaşdırılması mümükündürmü?

Siz müvafiq ərizə ilə müraciət edərək İnternetə çıxış xidmətini bloklaşdıra bilərsiniz. Sizin abunəçi nömrəniz ATS 492/497/437/504/505 aid olmadığı halda sizə Tarif Planına uyğun olaraq xidmətin blaklaşdırıldığı dövr üzrə aylıq abunə haqqı hesablanacaq.
Eləcədə, bir və ya bir neçə statistik IP-ünvanından istifadə etdiyiniz halda, Tarif Planına uyğun olaraq hər IP ünvanı üçün ödəniş hesablanacaq.

   İnternetdə işləyərkən mən daxil olan məlumatların həcminə nəzarət edə bilərəmmi?

Bəli, bunu rəsmi saytın "Şəxsi kabitet" bölməsində edə bilərsiniz.

   Mən müəyyən bir müddət ərzinə xidmətlərin istifadəsini dayandıra bilərəmmi?

Istədiyiniz zaman kommersiya televiziyası, telefon və İnternet xidmətlərinin istifadəsini dayandıra bilərsiniz.
Yazılı ərizə ilə abunə şöbəsinə müraciət edərək və ya "Şəxsi kabitet" servisi vasitəsilə xidmətlərin istifadəsini dayandırmaq mümkündür. Abunə xəttinin texniki dəstək xidməti dayandırıla bilməz və yalnız xidmətlərin göstərilməsinə dair müqaviləyə xitam verildikdə sona çatır.

   Mən başqa internet provayderinə keçmək istədiyim barədə «AZ-EVRO TEL» şirkətinin ofisinə xəbər verməliyəmmi?

Bəli, bu lazımdır. Başqa bir provayderə qoşulmaq istəyirsinizsə nömrənizin telefon xəttindən ayrılması lazımdır. Eyni zamanda «AZ-EVRO TEL» cəmiyyəti ilə müqavilə ləğv edildikdə («AZ-EVRO TEL» MMC-nin avadanlıqlardan istifadə edən abonentlər üçün ) müqavilə ilə sizə təqdim olunan avadanlıq geri qaytarmalıdır.
«AZ-EVRO TEL» cəmiyyətinin ofisinə yazılı sürətdə müraciət edərək və ya ”Şəxsi Kabinet” xidmətindən istifadə edərək xidmətlərdən imtina etmək mümkündür.

   Bir tarif planından digərinə keçmək üçün hansı məbləği ödəmək lazımdır?

Tarif Planının dəyişdirilməsi pulsuzdur.


Texniki suallar — rabitə, telefon xətti, ADSL modemi

   ADSL vasitəsilə İnternetə çıxış zamanı telefon xidmətinin keyfiyyətinin pisləşməsi mümkündürmü?

Modem və splitter telefonun işinə təsir etmir, və hər şey düzgün qoşulduğu halda rabitə keyfiyyəti ADSL texnologiyası qoşulduqdan əvvəl olduğu kimi olmalıdır. Mənzildə paralel telefonlar quraşdırıldıqda, onları splitter vasitəsilə qoşmaq lazımdır.

   Telefon borcu ödənilmədikdə İnternetə çıxış mümkündürmü?

Xeyr, telefon borcu ödənilmədikdə Intrenetə qoşulmaq mümkün deyil.

   Başqa bir mənzilə köçdükdə ADSL qoşulmaq üçün bir daha ödəniş aparılmalıdırmı?

Başqa bir mənzilə köçdükdə ADSL texnologiyası ilə İnternetə qoşulmağın texniki imkanlarının mövcudluğunu yoxlamaq lazımdır. Yeni ünvana köçürülmək üçün ödəniş «AZ-EVRO TEL» cəmiyyəti tariflərinə uyğun olaraq hesablanacaq.

   Modemin «ADSL» indikatoru yanıb sönür və yaxuda yanmır. Mən nə etməliyəm?

Bu indikator ATS-da provayder avadanlığı ilə Sizin modeminiz arasında bağlantının uğurlu quraşdırılmasını göstərir. Qoşulma zamanı ADSL-in işıq diodu yanıb sönəcək. Qoşulma10-30 saniyəyə quraşdırılır və bundan sonra işıq diodu davamlı olaraq yanmağa başlayır.
Əgər ADSL-in işıq diodu yanıb sönürsə yaxud yanmırsa deməli ADSL-modemi stansiyadakı modemə qoşula bilmir.
Bu, aşağıdakı səbəblərdən baş verə bilər:
— Modemin və / və yaxud paralel telefonların yanlış qoşulma şxemi;
— ADSL–modeminə və splitterə qoşulan telefon xətlərində pis birləşməsi;
— Splitterin nasaz olması;
— Modemin və ya əməliyyat sisteminin donması;
— Xətdə maneələr yaxud qırılmalar olması;
Nasazlıqları aradan qaldırmaq üçün nə etmək lazımdır:
— Modem və telefonun splitterə düzgün qoşulmasını yoxlayın;
— Telefon apparatınızın dəstəyini qaldırın.Telefon dəstəyində arası kəsilmədən qudok səsi eşidilməlidir.
Əgər qudok hər hansı bir xışıltılı, səs-küylü fonda eşidilirsə bu sizin abunəçi xəttinizdə problemin mövcud olduğunu göstərir. Xəttinizin yoxlanması üçün ATS-ə müraciət etmək lazımdır.
Əgər qudok normaldırsa, qabaqcadan bütün paralel telefonları ayıraraq ADSL-modemini birbaşa xəttə qoşun. Əlaqə yarandığı halda («ASDL»-in davamlı işqı yanırsa), splitterin xarab olduğunu göstərir.
Əlaqə yaranmadığı halda aşağıdakı tədbirləri həyata keçirin:
— Kompyuterdən ayıraraq və daha sonra yenidən daxil edərək modemi söndürüb yandırın;
— Kompyuterinizi söndürüb yenidən yandırın;
— Splitter və ADSL-modemini birləşdirən telefon xəttinin bütövlüyünü yoxlayın;
— Splitter və ADSL-modeminə qoşulan telefon xətlərini yuvasına möhkəm basın.

   Mən İnternetdən istifadə edib və eyni vaxtda telefonla danışa bilərəmmi?

Onun üçün Sizə ADSL texnologiyası vasitəsilə İnternetə qoşulmaq lazımdır. Ətraflı məlumat «Xidmətlər — ADSL qoşulma» bölməsində.

   Məlumat ötürülməsinin faktik sürəti nədən asılıdır?

Sürət asılıdır:
— Seçdiyiniz tarif planından;
— Sizin müraciət etdiyiniz serverin yükləməsindən;
— Sizin abunəçi nömrəniz qoşulan telefon stansiyasına qədər olan məsafədən və rabitə xəttinin keyfiyyətindən.

   ADSL qoşulu olduqda bir neçə kompyuterdən Internetə çıxış əldə etmək mümkündürmü?

Bəli, kompyuterlərin bir lokal şəbəkədə birləşməsi şərti ilə.
Bu cür qoşulmanın bir neçə variantları mövcuddur:
— Uyğun proqram təminatı quraşdırılmış kompyuter-server vasitəsilə;
— Bütün kompyuterlər qoşulan Hub vasitəsilə, belə olduqda modeminiz bu bağlantıya uyğun funksiyası olmalıdır;
— Yönləndirici (4 portlu) funksiyası olan modem vasitəsilə .

   Рİnternet ödənişi aparılmadığı halda telefon işləyə bilərmi??

İnternet ödənişi aparılmadığı halda Sizin telefon əvvəlki kimi işləyəcək.

   Əlaqənin tez-tez kəsildiyi halda nə etməlk lazımdır?

Rabitə xətdində fasilə səbəbləri:
— Modem və ya paralel telefonların düzgün qoşulmaması;
— Bütünlükdə mənzil və ya abunəçi xəttində keyfiyyətin zəif olması;
— Kompyuter proqram səviyyəsində problemlər.
Çalışın növbəti cəhdləri yerinə yetirin:
— Xətdə qoşulan splitterin, paralel telefon aparatlarının və modemin sxemlərini yoxlayın ;
— Telefon aparatınızın dəstəyini qaldırın. Dəsdəkdə fasiləsiz zumer səsi eşidməlisiniz. Əgər zumer səs-küylü, xışıltılı fonda eşidilrsə bu Sizin abunəçi xəttinizdə problemin mövcud olduğunu göstərir. Siz xəttinizin yoxlanması haqda ATS-ə müraciət etməlisiniz.
— Normal zumer mövcud olduqda paralel telefonları ayıraraq İnternet bağlantısının keyfiyyətini yoxlayın.
— Əlaqənin kəsilməsi dayandıqda, splitterin, telefon aparatının, və modemin düzgün qoşulmasını yenidən yoxlayın. Telefon aparatlarının birbaşa xətdə qoşulması bu problemin yaranmasına səbəb ola bilər.
— Sizin mənzildə telefon xəttinin və bütün avadanlıqların saz vəziyyətdə olduğunu yoxlayın: yuvaların, kabellərin, bağlayıcıların keyfiyyətini yoxlayın . Məftil əyilməməlidir və çox şaxəli olmamalıdır. Əks təqdirdə məftili mütləq dəyişdirin.
— Anti-virusu proqram təminatını quraşdırın və kompyterinizdə virüsların mövcud olub olmamasını yoxlayın. Zərərverici proqramlar əlaqənin tez-tez kəsilməsinə səbəb ola bilər.
— Başqa bir modemlə, yaxşı olardı ki LAN- interfeysı ilə, işi yoxlamağa cəhd edin.

   Splitter nədir?

Splitter (tezliklər ayırıcısı) — telefon xəttində ADSL siqnalını: adi telefon siqnalı (səs) və yüksəktezlikli modem siqnalı (məlumat)iki hissəyə ayırmaq üçün nəzərdə tutulan qurğudur.
Abunəçi splitterinə ADSL modemi və adi telefon qoşulur. Belə olduqda modem və adi telefon xətti bir-birlərinə mane olmur. Splitter ADSL texnologiyasından istifadə edərkən telefon apparatlarını telefon xətti ilə ötürülən yüksək keyfiyyətli modem siqnalından, və eləcədə adi telefondan istifadə zamanı ADSL-modemini müxtəlif maneələrdən qoruyur.

   ADSL-a qoşulmaq üçün mənə nə lazımdır?

Sizə splitterli və USB portu və ya Internet Base-T interfeys şəbəkə kartı ilə təchiz edilən ADSL-modemi olan bir komyuter lazımdır. Hal-hazırda bütün müasir kompüterlər USB portu və Internet interfeysi ilə komplektləşdirilmişdir.


IP- Televiziya


   Set-Top-Box AmiNet 110 не загружается?

Set-Top-Box AmiNet 110 yüklənmir :
— TV ekranında 10 dəqiqədən çox «yükləmə» yazısı görsənilir. AmiNet110 dekoderinin Sizin modemə düzgün qoşulmasını və birləşdirici kabelin saz vəziyyətdə olmasını kontrol edin. Siz «AZ-EVRO TEL» MMC-nin Texniki Dəstək Mərkəzinə müraciət edin və telefon xəttinizdə IP-TV xidmətinin aktiv olduğunu və modemin düzgün quraşdırıldığını yoxlayın.
— TV ekranda «serverə qoşulma» yazısı görsənilir. Siz «AZ-EVRO TEL» MMC-nin texniki dəstək mərkəzi ilə əlaqə saxlayın.
— TV ekranda «IP ünvanı alınmayıb» yazısı görsənilir. AmiNet110 dekoderinin Sizin modemə düzgün qoşulmasını və birləşdirici kabelin saz vəziyyətdə olmasını kontrol edin.
— Bu kimi səhv AmiNet 110 dekoder sayğacının mexaniki zədələnməsi və elektrik qida blokunun nasazlığı ilə meydana gələ bilər.

   Televizoru yandırdıqda kanalların heç biri göstərmir. Problem nədədir?

Əlavənin ön panelində indikatorun qırmızı işığının yanıb yanmadığına baxın. Bu STB-yə (Set Top Box) enerji təchizatının verilməsini göstərir.
Əgər Siz eyni pultla TV və əlavəni uzaqdan idarə edirsinizsə onda STB sadəcə olaraq gözləmə rejimində ola bilər. Pultda STB düyməsini basmaqla əlavəyə keçirin, sonra On/Off qırmızı düyməsini ilə Aminonu yandırın.
Əgər вiz eyni pultla TV və əlavəni uzaqdan idarə edirsinizsə onda STB sadəcə olaraq gözləmə rejimində ola bilər.
Pultda STB düyməsini basmaqla əlavəyə keçirin, sonra On/Off qırmızı düyməsini ilə Aminonu yandırın.
STB yükləməsi aşağıdakı mərhələlərdən keçir: əvvəlcə qara ekran, sonra ağ ekran (1 dəqiqəyə qədər davam edil), sonra «Xahiş edirik gözləyin, yükləmə gedir» mesajı ortaya çıxır.
Əgar вbaş menyu 10 dəqiqə ərzində yüklənməsə , STB-ni yenidən yandırıb söndürün. Ayrıca problem TV — STB birləşdirici sahəsində də ola bilər. Kabel və birləşdirici kabellərin zədələnmiş olmadığını yoxlayın.

   IP-TV və İnternetin işləməsi üçün necə modem lazımdır?

İki və ya daha çox birləşməni dəstəkləyən modemdən istifadə edə bilərsiniz. Modemlərin qoşulma qaydalarını bizim internet səhifəmizdə tapa bilərsiniz. Təlimatları tapa bilməyən və modemi quraşdıra bilməyən Abunəçi texniki dəstək şöbəsinə müraciət etməlidir.

   IP-TV izlənilərkən Internetdən məlumatların yüklənmə sürəti azalırmı?

Bəli azalır, televiziya kanalı təxminən 5 Mbit /s-dən başlayan bir zolaq tutur.

   Eyni vaxtda IP-TV izləmək və İnternetdə işləmək mümkündürmü?

Eyni zamanda IP-TV izləmək və İnternetdə işləmək üçün, modemin avtorizasiyası nizamlanmalıdır.

   Komputerdə eyni vaxtda IP-TV izləmək olarmı?

Kompyuterinizdə VLC proiqrivatel quraşdırılmalıdır, http://www.videolan.org/vlc/ ünvanında yükləyə bilərsiniz.

   TV ekranda görüntü yoxdur?

— AV-kabelin TV-ə düzgün qoşulduğunu yoxlayın. AV-kabelin bütövlüyünü və mexaniki dəymiş zədələrin olmamasının yoxlayın. AmiNet110 dekoderinin təkmilləşdirilmiş rəngötürücü kabellərini mağazadan ala bilərsiniz.
— Müvafiq AV-rejiminin (AV1, AV2, AV3) düzgün seçildiyini yoxlayın.
— Başqa bir videoqurğunu qoşaraq (vidiomaqnitafon, DVD-pleyer, vidiokamera və ya fotoaparat) AmiNet110 dekoderı qoşulan televizorunuzun çıxışlarının işlək halda olduğunu yoxlayın.

   Kanallardan biri işləmir(səs və ya şəkildə problem var)?

Bu kanalın yayımlanan kanallar siyahısında olub olmadığını yoxlayın. Digər kanallar yaxşı göstərirsə, problem multiservis şəbəkəsində və yaxud peykdən siqnal gəlməməsindədir.

   Nə üçün kanalların siyahısı və yayım tezlikləri dəyişir?

Operator texniki şərtlərə və eləcə də normativ xarakterli sənəd tələblərinə uyğun olaraq kabel televiziya şəbəkəsində TV kanallarının yayım tezliyinin paylanmasını dəyişdirmək hüququna malikdir.

   IP-TV izləyərkən şəkillər kvadrat halda yayılır. Bu nə ilə əlaqədardır və necə düzəltmək olar?

Bütün 24 saylı və bir çox kanallarda qüsurlar müşahidə edildiyi zaman çox ehtimal ki, sizin əlavəniz platforma ilə şifrələnmiş açarların mübadiləsi dayandırılıb . STB-ni yenidən yandırıb söndürün (Top Box Set). Hətta efir kanalları ilə yaranan bu cür problemlər qoşulma sürətinizin kifayət qədər olmadığını göstərir. Unutmayınız ki, eyni zamanda IP-TV izləyərkən və şəbəkə resurslarından və ya İnternetdən istifadə edərkən ötürmə zolağı hər iki məqsəd arasında bölünür. Bütün yükləmələri dayandırın.

   Televiziya izləyən zaman şəkil dayanır?

Digər kanalların işləyib işləməməsini yoxlayın. Gözləmə rejimində yalnız yaşıl işıq yanmalıdır, siqnal ötürülən zaman əlavə narıncı işıq yanıb-sönməlidir. İndikasiyanın yoxluğu STB və ADSL-modemi (keçid) arasında əlaqənin yaranmadığını bildirir.
Hər iki tərəfdən konnektorları ayrıb yerə bağlayın, kabel bütövlüyünü yoxlayın.
STB-də yalnız yaşıl işıq yanırsa, ADSL-modemini, Link (ADSL) indikatorunun yanıb yanmadığını yoxlamalısınız.
Əgər hamısı işləyirsə, bu kanalı yayımlayan peyk siqnalının mövcud olmaması deməkdir.

   Amino əlavəsi. AmiNET 110 uzaqdan idarə (Uİ) ediciyə cavab vermir.

Ola bilsin ki,uzaqdan idarə edicinini batareyalarının əvəz olunmasına ehtiyac var. Ayrıca, STB (Set Top Box) düyməsini basaraq əlavəni idarə etmə rejiminə keçirin.

   IP-TV-ni izləyərkən İnternet trafik hesab olunurmu?

Televiziya izləyən zaman İnternet trafik hesab olunmur.