Xidmətlərin istifadə qaydaları








İnternet və Multimedia xidmətlərinin istifadə qaydaları

1. Ümumi müddəalar

1.1.İnformasiya texnologiyaları xidmətləri — müxtəlif texnologiyalardan istifadə etməklə İnternetə çıxışı təqdim edərək istifadəçilərin informasiya tələbatının qarşılanmasına yönəldilmiş xidmətlərdir. .
1.2.İnformasiya texnologiyaları xidmətləri Operator (Provayder) tərəfindən fasiləsiz olaraq göstərilir.
1.3.İnformasiya texnologiyaları xidmətləri operatorun fəaliyyət göstərdiyi ərazilərdə texniki imkan olduqda abunəçilərin müraciətlərinə əsasən, onunla operator(Provayder) arasında bağlanmış xidmət müqaviləsinə uyğun olaraq göstərilir.

2. Xidmətlərin göstərilmə qaydaları

2.1.Xidmətə qoşulma operator tərəfindən onun və ya icarəyə götürdüyü qurğulardan istifadə etməklə təşkil olunmuş rəqəmli rabitə kanallarının vasitəsi ilə həyata kecirilir.
2.2.Xidmətlər yazılı müraciətlərə əsasən həm fiziki, həm də hüquqi şəxslərə təqdim edilir. Abunəçi tərəfindən aşığıdakılar yerinə yetirildikdə xidmət göstərən müvafiq müqavilə hazırlanır.

Xidmətin qoşulması ücün :

— istifadə olunan telefon nömrəsinin sahibinin adı, soyadı və dəqiq ünvanı;
— abunəçi tərəfindən xidmət növünün istifadə edəcəyi sürətin seçilməsi;
— xidmət növündən asılı olaraq ödənişin önçədən edilməsi;
— quraşdırma xərclərinin ödənilməsi.
2.3. Xidmət abunəçi tərəfindən göstərilən və abunəçinin şəxsiyyət vəsiqəsindəki qeydiyyata uyğun ünvanda təqdim olunur.
2.4. Xidmətin göstərilməsinin başlanğıcı hazırki xidmətin istifadəsi ilə ilkin uğurlu avtorizasiya anı hesab olunur.
2.5. Xidmət ançaq abunəçinin balansı müsbət olduğu halda təqdim edilir. Abunəçinin balansı mənfi və ya sıfıra bərabər olduqda operator abunəçiyə xəbərdarlıq etmədən xidməti dayandırır. Əgər iki ay müddətinə abunəçi balansını müsbət vəziyyətə gətirmək ücün ödənişi aparmırsa, o zaman xidmət müqaviləsi ləğv edilir və telekomnukasiya resurslarından digər abunəçiyə xidmət göstərilməsi ücün istifadə olunur. İki ay kecdikdən sonra xidmətin bərpa olunması yaranmış borcların tam və quraşdırılma xərclərinin ödənilməsindən sonra aparıla bilər.
2.6. Abunəçi yazılı müraciət edərək xidməti 1 ay müddətinə dayandıra bilər. Bu halda abunəçi dayanma müdəti ücün ödənişi qabaqçadan həyata keçirilir.
2.7. Abunəçi xidmətin müvəqqəti dayanma müddətinin ödənişini aparmadıqda müqavilə dayanma müddəti bitdikdə 2.5 bəndinə uyğun olaraq xidmət göstərilməsi müqaviləsi ləğv olunur.
2.8. Abunəçinin xidmətdən imtina etməsi Abunəçinin imzasından (fiziki şəxs) və ya müəssisənin möhürü ilə təsdiqlənmiş yazılı müraciətinə əsasən qeydiyyata alınır. Xidmət abunəçilərin bütün borclarının ödənildikdən sonra 30 gün ərzində dayandırılır.
2.9. Xidmətin göstərilməsi ücün abunəçinin ünvanında quraşdırılan bütün avadanlıqlar abunəçinin hesabına yerinə yetirilir.
2.10. Xidmətin quraşdırılması operatorun (provayderin) öz xidmət ərazisində üc, digər operatorların xidmət ərazilərində yeddi iş günü müddətinə yerinə yetirilir.
2.11. Operator tərəfindən xidmətin göstərilməsi abunəçinin ərazisində quraşdırılmış son qurğunfdək (ADSL modem, STB, IP telefon) həyata kecirilir. Bu qurğulardan sonra abunəçi yaratmış olduğu şəbəkəsində quraşdırılmış bütün qurğularda (Kompyuter, TV və s.)xidmətin təmin edilməsi abunəçi tərəfindən yerinə yetirilir.

3. Operatorun (Provayderin) hüquq və vəzifələri

3.1. Abunəçi ilə bağlanmış xidmət müqaviləsi və onun əlavələrində göstərilmiş şərtlərlə həmçinin bu qaydalara uyğun olaraq xidmətlər göstərmək.
3.2. Abunəçiyə planlaşdırılmış profilaktik təmir işləri, qəzalar istisna olmaqla fasiləsiz xidmətləri təqdim etmək.
3.3. Yaranmış zədələnmələrin müəyyən olunmuş müddətlərdə aradan qaldırılması.
3.4. Abunəçinin sorğusuna əsasən ödəmələr etmək ücün hesabların və digər sənədlərin təqdim olunması.
3.5. Abunəçinin balansı mənfi və yaxud da sıfıra bərabər olduqda xidmətin dayandırılması.
3.6. Fasiləsiz olaraq 2 ay müddətinə ödənişin edilmədiyi təqdirdə tərəflər arasında bağanmış müqaviləni bir tərəfli şəkildə dayandırmaq.
3.7. Abunəçi haqqında ücüncü şəxslərə məlumat verməmək;(Azərbaycan Respublikası qanunları ilə nəzərdə tutulan hallar istisna olmaqla).
3.8. Texniki dəstək xidmətinin telefonları ilə abunəçiyə məsləhətlərin alınmasını təmin etmək (məsləhətlərin həçmi xidmətin göstərilməsi və abunəçinin balansının vəziyyəti haqqında suallarla məhdudlaşır).
3.9. Abunəçinin ödənişlərinin qeydiyyatının dəqiq aparılması.
3.10. Göstərilən xidmət tariflərini dəyişdirmək.
3.11. Çari müqavilələrdə abunəçini xəbərdar etməklə dəyişikliklər etmək.
3.12. Abunəçiyə öz balansını yoxlamaq ücün texniki imkan yaratmaq.
3.13 Operatorun göstərilən kanalların siyahısına dəyişiklik etmək hüququ vardır.

4. Abunəçinin hüquq və vəzifələri

4.1. Xidmət müqaviləsində göstərilən şərtlərə uyğun olaraq əvvəlcədən ödənişi həyata kecirməklə balansın müsbət vəziyyətdə saxlamaq.
4.2. Operatorun (provayerin) yaratdığı texniki imkanlardan istifadə edərək öz balansına nəzarət etmək və statistik məlumatları yoxlamaq.
4.3. Razılaşdırılmış müddət ərzində quraşdırma və istismar işlərinin həyata kecirmək ücün operatorun (provayderin) mütəxəssilərinin binalara daxil olamasını və müvafiq şəraitlərin yaradılmasını təmin etmək.
4.4. Xidmət müqaviləsinin və bu qaydaların şərtlərinə riayət etmək.
4.5. İstifadə etdiyi xidmətin həmçinin müqavilə ilə nəzərdə tutulmuş hüquqlarının öhdəliklərinin ücüncü şəxsə ötürməməyi və ya satmamağı.
4.6. Azərbaycan Respublikası Qanunvericiliyinə zidd olan, ekstremizimi, zorakılığı təbliğ edən, təhqir ediçi , milli, dini münaqişələri yaradan məlumat və materialların o çümlədən təsvirlərin mübadiləsinə və yayılmasına yol verməmək.
4.7. İstifadə etdiyi xidmətdən məlumatı alana «spam»«virus» ların yayılmasına imkan verməmək.
4.8. Özünün IP ünvanını saxtalaşdırmamaq və öz şəbəkəsində quraşdırdığı son avadanlığa kimi NAT transilyasiyalarının yaranma imkanlarından pro... üsullarından istifadə etməmək.
4.9. Operatorun (provayderin) razılığı olamadan xidmətə qoşulmuş avadanlıqların əvəz edilməsinə, yerləşdirilməsinə yol verməmək.
4.10. Xidmətin operator (provayder) tərəfindən quraşdırılmış (xəttin) son nöqtəsindən sonrakı bütün avadanlıqlarının normal işini təmin etmək, öz avadanlıqlarında və ya şəbəkəsində yayılmış virusların aradan qaldırmaq, onların operatorun (provayderin) şəbəkəsinə yayılmasının qarşısını almaq.
4.11. İnternet şəbəkəsinin resurslarına sanksiyasız çıxış ücün cəhdlər etməmək , elektron məktubların göndərilməsi zamanı mövçud olamyan qeyri dönmə ünvanlarından istifadə etməmək.
4.12. Xidmətin göstərilməsi ücün 220V ± 10% 50 Hz tezlikli qidalandırma çəryanını təmin etmək, xidməti istifadə etmək ücün istifadə etmək ücün qoşulmuş telefon xəttinə başqa sonlayıcı qurğular (paralel telefon, sıxlaşdırıcı, çütləşmə, keşikci siqnallaşma qurğuları və s.) qoşulmasına yol verməmək.
4.13. Qöstərilən xidmətə görə borçu olmadıqda xidmət müqaviləsinə xitam vermək.

5. Provayderin məsuliyyəti

5.1. Operator(Provayder) öz vəzifələrini yerinə yetirilməsinə görə Azərbaycan Respublikası qanunlarına, abunəçi ilə bağlanmış xidmət müqaviləsinin və bu qaydaların şərtləriinə uyğun olaraq məsuliyyət daşıyır.
5.2. Operator (Provayder) abunəçi avadanlığında, kompyuterində, lokal şəbəkəsində abunəçinin istifadə etdiyi proqram təminatında yaranan xətalar həmçinin mis birləşdirici xəttin (abunəçi xəttinin) keyfiyyətinin pisləşməsi nəticəsində xidmətin göstərilməsində yaranan fasilələrə, dayanmalara və xidmət keyfiyyətinin pisləşməsinə görə cavabdehlik daşımır.
5.3. Operator (Provayder) xidmət qoşulmuş birləşdirici xətlərin (abunəçi xətləri) təqdim edən opratora abunəçi tərəfindən ödəmələrin vaxtında yetirilməməsi səbəbindən işinin dayandırılmasına (birləşdirici xəttin işlək vəziyyətdə olmaması ) görə məsuliyyət daşımır.
5.4. Operator (Provayder) abunəçinin xidmətdən istifadə zamanı cəkdiyi zərərə görə məsuliyyət daşımır.
5.5. Operator (provayder) internet şəbəkəsinin ayrı-ayrı seqmentlərinin işləməməsinə (keyfiyyətsiz işləməsinə) görə məsuliyyət daşımır. Operator (provayder) internet şəbəkəsi üzərindən daimi və müvəqqəti çıxışı olmayan qovşaqlarla,serverlərlə məlumat mübadiləsinin mümkünlüyünə zəmanət vermir.

6. Abunəçinin məsuliyyəti

6.1. Abunəçi Azərbaycan Respublikasının qanunlarının, onunla bağlanmış xidmət müqaviləsinin və bu qaydaların şərtlərinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
6.2. Abunəçi xidmətdən düzgün istifadə etməmsi səbəbindən operatorun şəbəkəsinə yayılmış viruslara, şəbəkənin işinə mənfi təsir göstərən hallara, həmcinin mənşəyi məlum olmayan və təhlükəsizliyi təmin olunmayan mənbələrlə trafik mübadiləsi səbəbindən yaranmış problemlərə, abunəçinin ünvanında əlavə giriş-çıxış trafiklərinin yaranmasına görə məsuliyyət daşıyır.
6.3. Operatorun hesabına abunəçinin ərizəsində quraşdırılmış və ya operatorlardan icarəyə götürdüyü avadanlıqlara, elektrik enerjisinin normalara uyğun olmaması, düzgün istifadə olunmaması səbəbindən sıradan çıxmış həmçinin mexaniki zədələnmələrə , xarici görünüşün pisləşməsi hallırına görə məsuliyyət daşıyır və dəymiş zərərin operatora tam ödənilməsini təmin edir.
6.4. Abunəçi öz avadanlığında və şəbəkəsində aşağıdakı protokol və portlara girişi trafikinin bağlamaq ücün filtirlər yaratmalıdır.
TSP protokollarında : 25; 135-139; 445; 21;23; 69;80;8080; 254; 255; 161;
UPP portlarında : 135-139; 69; 161 səbəbindən asılı olmayaraq, bu şərtin yerinə yetirilməsi səbəbindən ona və ya ikinci tərəfə dəyən zərərə görə məsuliyyət daşıyır.
6.5. Xidmət haqlarının göstərilən müddətlərdə ödənilməsinə görə məsuliyyət daşıyır.