Xidmətlərə qoşulmaq qaydaları








«AZ-EVRO TEL» cəmiyyətini seçdiyiniz üçün Biz çox şadıq. Bizim təqdim elədiyimiz xidmətlərə qoşulmaq üçün Sizə aşağıdakılar lazımdır :

Qoşulmaq üçün ərizə vermək

— Fiziki şəxs blank doldurmalıdır — xidmətlərə qoşulmaq üçün ərizə, və ya «AZ-EVRO TEL» cəmiyyətinin abunə şöbəsinə şəxsən müraciət etməlidir. Yanında şəxsiyyət vəsiqəsi olmalıdır.
— Hüquqi şəxs aşağıdakı məlumatları qeyd etməklə şirkətin (müəssisənin) rəsmi blankında məktub yazmalıdır:

         a. Qoşulma nöqtəsinin (nöqtərəlin) ünvanı;
         b. Telefon nömrələrinin sayı;
         c. Xidmətin adı, İnternet şəbəkəsinə çıxış sürəti;
         d. Qoşulma üzrə işlərə cavabdeh olan əməkdaşın əlaqə telefon nömrələri;
         e. Müəssisə (şirkət) rəhbərinin möhürü və imzası.
Vaxtınıza qənaət etmək məqsədilə yeni servisdən istifadə edin — yenidən qoşulmaq barədə ərizə.

Xatırladırıq ki, qeyd edilən məlumatlar mütləq avtirize edilmiş məlumatlar olmalıdır.Anonim elektron məlumatlar və eləcə də telefonla qəbul edilən əirzələr diqqətə alınmayacaq.

Qoşulmanın texniki mümkünlüyü

Ərizə verdikdən sonra qoşulmanın imkanına dair texniki yoxlamanın nəticələrini gözləyin. Sizin abunə nömrəniz «AZ-EVRO TEL» cəmiyyətinin təqdim etdiyi xidmətlərə qoşulmaq mümkünlüyünə dair bizim mütəxəssislər tərəfindən yoxlanılacaq. Texniki şərtlərin yoxlanılması bizim mütəxəssislər tərəfindən pulsuz həyata keçir, yoxlama müddət — 1 iş günü.

Müqavilənin bağlanması

Müsbət cavab aldıqda Siz xidmətlərə qoşulmasına dair müqaviləni imzalamaq üçün «AZ-EVRO TEL» cəmiyyətinin ofisinə gəlməlisiniz.
— Fiziki şəxs Müqavilə imzalandığı zaman şəxsiyyət vəsiqəsini təqdim etməlidir;
— Hüquqi şəxs aşağıdakı sənədləri təqdim etməlidir :
         a. Qoşulma nöqtəsinin (nöqtələrin) ünvanları;
         b. Müəssisənin bank rekvizitləri və hüquqi ünvanları;
         c. Qoşulma üzrə işlərə cavabdeh olan əməkdaşın əlaqə telefon nömrələri;
         d. Müəssisə (şirkət) rəhbərinin möhürü və imzası;
    e. Hüquqi şəxs vergi ödəməkdən azad edildiyi halda abunə şöbəsinə vergi ödəməkdən azad edilməsi barədə şəhadətnaməni təqdim etməlidir.

Xidmətlərə qoşulma

Xidmətlərə qoşulma «AZ-EVRO TEL» cəmiyyəti və abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçir. Xidmətlərə qoşulma 2 mərhələdən ibarətdir :
— Sizin ATS-də abunə nömrəsinin stansiya avadanlığına qoşulması. Qoşulma müddəti 1 həftədən üzün sürmür.
— Avadanlığın abunəçinin telefon xəttində quraşdırılması (ADSL-modem, splitter). Avadanlığın quraşdırılması üçün Siz bizim mütəxəssislərin köməyindən istifadə edə bilərsiniz və ya özünüz quraşdıra bilərsiniz.

Bölmələrlə tanış olmaq

         — Xidmətlərdən istifadə qaydaları;
         — Təqdim olunan xidmətlər;
         — Tariflər.

Əlavə məlumat əldə etmək üçün «AZ-EVRO TEL» cəmiyyətinin abunə şöbəsinə müraciət edə bilərsiniz və ya saytımızın əks-əlaqə formasından istifadə edə bilərsiniz.