İnternet xidmətləri istifadəçiləri üçün təlimat








ADSL avadanlığının quraşdırılması və istismarı zamanı aşağıdakı qaydalara riayət etmək lazımdır:

1. ADSL və/və ya IP-TV avadanlığını sabit elektrik cərəyanı ilə təmin etmək. ADSL və/və ya IP-TV avadanlığının kəsintisiz elektrik təchizatının (KET, UPS) mövcud olması və ya müasir gərginlik tənzimləyicisi vasitəsilə qoşulması bu cihazların sabit iş fəaliyyəti üçün ilkin şərtdir;
2. Ventilyasiya rejimini və elektrik təchizatının düymələrini asanlıqla yandırıb söndürmək imkanını təmin etmək üçün ADSL və/və ya IP-TV cihazını görünən yerdə quraşdırmaq. Avadanlığı mebel və stol çəkməcəsində, stolun altında, şüşəli rəflərdə, televizor tumbalarının arxasında və digər əlçatmaz və nəzarətsiz yerlərdə quraşdırmamaq;
3. Kondensasiyaya və ya avadanlığın nəm çəkməsinə yol verməmək üçün avadanlığı pəncətəaltılarda və ya kondisionerlərin artında quraşdırmamaq;
4. Enerji və kommunikasiya kabellərin qırılmasına və ya onların bağlarının sınmasına yol verməmək üçün avadanlığın yerini dəyişdirməmək, avadanlığın və birləşdirici kebellərin gözlənilmədən yerdəyişmələrinə mümkün olduğu qədər yol verməmək;
5.Daxili telefon şəbəkəsinə spliterə (avadanlığı şəhər telefon şəbəkəsinə qoşan xüsusi əlavə cihaz) paralel olaraq heç bir əlavə telefon aparatları qoşmamaq. Əlavə telefon aparatları Phone spriter yuvasına birləşən hər hansı bir ayırıcı vasitəsilə qoşulmalıdır;
6. Otaqda olan telefon kabellərini əyməklə və birləşdirərək montaj edilməsinə yol verməmək. Zavodun istehsal etdiyi birləşdirici muftaların və telefon kabellərin hər hansı bir səbəbdən istifadəsi mümkün olmadıqda, birləşmə yerləri mütəxəssis tərəfindən möhkəm lehimlənməli və ya sıxılmalıdır;
7. Əlavə optimizə edilməsi, ADSL avadanlığının işinin dəqiq qurulması, ötürülmə zolağının genişləndirilməsi və provayder tərəfindən təmin olunmuş İnternet bağlantısının cari trafikının və sürətinin sıxılması üzrə kənar istehsalçılar tərəfindən istehsal olunduğu hər hansı bir proqram təminatı ilə təcrübə aparmamaq və quraşdırmamaq. Əməliyyat sisteminin, modemin və TCP/IP protokolun əsas parametrlərində olan hər hansı bir dəyişikliklər İnternet bağlantısı parametrlərin və avadanlığın iş prosesində çətin aşkar olunan nasazlıqların meydana gəlməsinə gətirib çıxarda bilər.

Texniki Dəstək Xidməti aşağıda göstərilən hallarda Sizə kömək edə bilməyəcək :

! – cihazın arxa panelində yerləşən Reset düyməsinə basaraq modemin yandırıb söndürüldüyü halda. Bu bütün cari parametrlərin ilkin parametrlərə qayıtmasına gətirib çıxardır.
!! – qətiyyən WEB-interfeys, Telnet və digər istifadəçi proqramı üzərindən modemin servis menyusuna daxil olmaq yolu ilə modemin cari statusunu, İnternet bağlantısının parametrlərini və vəziyyətini təyin etməyə çalışmayın.
Lazımı biliyiniz və bacarığınız olmadan Siz təsadüfən cari parametrləri silib və ya dəyişdirə bilərsiz, modemin əməliyyat sisteminə zərər vura bilərsiz.
Oxşar vəziyyət meydana gəldikdə modemin yenidən qurulması və diaqnostika edilməsi üçün
«AZ-EVRO TEL» cəmiyyətinin Genişzolaqlı çıxışın texniki şöbəsinə təhvil vermək lazımdır.

Texniki dəstək xidməti tərəfindən ADSL modeminin silinmiş parametrləri bərpa edilmir.

Əksər hallarda fərdi saytlara daxil ola bilməmək İnternet bağlantısının olmaması Texniki dəstək xidmətinə mütaciət etmək üçün bir səbəb deyildir. İnternet xüsusiyyətlərinə əsaslanaraq fərdi saytlar, korporativ şəbəkələr və hətta bütün regionlar provayderdən asılı olmayan texniki səbəblər üzündən müvəqqəti olaraq istifadə oluna bilməz (bir neçə saatdan bir neçə dəqiqəyə qədər).
Bir ranqlı lokal şəbəkədə bir neçə şəxsi kompyuteri olan təşkilatlarda şəxsi kompyuterlər arasında trafik paylanmasının daxili qaydaları mövcud olmadıqda (Proxy, QoS, Shapes serverləri) bir şəxsi kompyuter tərəfindən hər hansı bir böyük resursun yüklənməsi, bəzən digər şəxsi kompyuterlər üçün İnternetə çıxışın tam dayandırılması daxil olmaqla, bütün ötürülmə zolağının tutulmasına və sürətin azalmasına gətirib çıxarda bilər.

Texniki Dəstək Xidmətinə zəng etmədən əvvəl aşağıdakılar tövsiyyə edilir:

1. ADSL modemin qoşulmasını gözləmək. İstehsalçıdan və modeldən asılı olaraq, ADSL modeminə provayder avadanlığı ilə etibarlı bağlantı qurmaq məqsədilə diaqnostika rejimlərini keçmək və rabitə xətlərini yoxlamaq üçün müxtəlif vaxt tələb olunur. Xarici mühit şəraitindən asılı olaraq bu 5 dəq. qədər vaxt tuta bilər;
2. ADSL və/və ya IP-TV avadanlığınızın ön panelində yerləşən indikasiya sistemini öyrənin. İşıq diodlu indikator göstəriciləri problemin səbəbinin tez aşkar edilməsində və müstəqil və ya «AZ-EVRO TEL»–in texniki dəstək xidməti əməkdaşının köməyi ilə həll edilməsində yardım edəcək;
3. Telefon xəttinizin işlədiyini yoxlamaq: «qudok» səsinin olması, səs-küy və artıq səslərin olmaması. Bu problemlərin çoxunu BİTRİB-nin 122 xidmətinə zəng vuraraq həll etmək mümkündür;
4. Operator tərəfindən abunə borcu, beynəlxalq telefon danışıqlarının ödənilmədiyi üçün və ya BİTRİB ilə müqavilə müddətinin uzadılması ilə bağlı məsələlərlə telefonunuzun «işləyib-işləmədiyini» yoxlamaq (mobil telefonlara və pullu məlumat xidmətlərinə edilən zənglə);
5. Elektrik şəbəkəsindən ayıraraq modem və/və ya IP-TV əlavəsini söndürüb-yandırın. Modem və/ və ya IP-TV əlavəsini söndürdükdən sonra avadanlığa cərəyanın təkrar veriməsinə qədər ən azı 30 saniyə gözləmək məsləhət görülür. Avadanlığın tez yandırılıb söndürülməsi avadanlıq üçün zərərlidir və elektrik enerjisinin sabit olmadığı səbəbdən baş verən nasazlıqlar istənilən nəticələrə gətirib çıxardmır;
6. Elektrik cərəyanının sabitliyini yoxlayın. Cərəyan artıb və ya azaldıqda, cərəyan «üzən» olduqda və ya cərəyanın qısamüddətli artması zamanı ADSL modemləri və/və ya IP-TV əlavələri normal işləmirlər;
7. Mümükün zədələri aşkar etmək üçün birləşdirici kabelləri vizual olaraq yoxlamaq (sürtülməsini, ərimiş olmasını, burulmasını, sıxılmasını, daxili qırılmasını və ya boşluğunu);
8. Birləşdirici kabellərin ayırıcılarda düzgün və etibarlı qoşulması. Kabellərin üz müdafiə qabığı ayırıcının içərisində möhkəm sıxılmalı və fiksasiya edilməlidir;
9. Fərdi kompyuterinizdə Lokal şəbəkənin işləməsini yoxlamaq, yani əməliyyat sistemi vasitəsilə modemlə birləşmənin mövcud olmasını. Məsələ Panelində şəbəkə birləşmələrinin nişanları mövcud olmadıqda, lazımi nişanların Məsələ Panelində görünməsi üçün müvafiq Windows şəbəkə birləşmələri xidmətlərinin Xüsusiyyətlər Pəncərələrində lazımi opsiyaları qeyd edin (Network Neighborhood/My Network Places/Şəbəkə Mühiti nişanı).
         a) Birləşmə Lokal Hesablama Şəbəkəsi (LAN) və ya WiFi telsiz birləşmə (WLAN) vasitəsilə həyata keçdikdə Məsələ Panelində (aşağda, sağda, saatın yanında) olan şəbəkə mühitini nişanlarının (Local Area Connection) mənaları işarə olunmamalıdır. İşarə qoyulduğu halda lazımi nişanın üzərinə sıçanın sağ düyməsinə basıb, ortaya çıxan menyunun Disable-Enable (söndürmək-yandırmaq) bölməsinə seçərək birləşməni bərpa etmək mümkündür.
         б) Telsiz birləşmə olduğu halda həmçinin portativ kompyuterin yerinin dəyişdirilməsi faydalı ola bilər.

Əməliyat sistemini yenidən quraşdırmaq istədiyinizdə TCP/IP protokolunun və şəbəkə xidmətlərinin cari parametrlərini kağıza qeyd etməyi unutmayın.