Abunəçi ünvanının dəyişdirilməsi








Abunəçinin fiziki ünvanı dəyişdirildikdə abunəçinin şəxsi ərizəsi ilə «AZ-EVRO TEL» cəmiyyəti xidmətlərinin təqdim edilməsi imkanının texniki yoxlamasını həyata keçirmək lazımdır.

Müştərinin son avadanlığının qoşulması üçün texnikii imkanları müsbət nəticələndikdə qoşulma müştəri ilə razılaşdırılan müddət ərzində həyata keçir.
— Fiziki şəxs abunəçi ünvanının dəyişdirilməsi barədə ərizə verməlidir. Şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
— Hüquqi şəxs aşağıdakı sənədləri təqdim etməlidir:
         a. Qoşulma nöqtəsinin (nöqtələrin) ünvanları;
         b. Müəssisənin bank rekvizitləri və hüquqi ünvanları;
         c. Qoşulma üzrə işlərə cavabdeh olan əməkdaşın əlaqə telefon nömrələri;
         d. Müəssisə (şirkət) rəhbərinin möhürü və imzası.

Telefon vasitəsilə daxil olan sifarişlərə (ərizələrə) baxılmır.

Qoşulmanın texniki imkanı

Ərizə verdikdən sonra, yeni ünvana qoşulmaq üçün texniki imkanın nəticələrini gözləyin. Bizim mütəxəssislər tərəfindən Sizin abunə nömrəniz «AZ-EVRO TEL» cəmiyyətinin təqdim etdiyi xidmətlərə qoşulmaq imkanına dair yoxlanılacaq.

Müqaviləyə olan Əlavəyə dəyişikliklər

— Fiziki şəxs abunəçi ünvanının dəyişdirilməsi barədə ərizə verməlidir. Şəxsiyyət vəsiqəsini təqdim etməlidir;
— Hüquqi şəxs aşağıdakı sənədləri təqdim etməlidir :
         a. Qoşulma nöqtəsinin (nöqtələrin) ünvanları;
         b. Müəssisənin bank rekvizitləri və hüquqi ünvanları;
         c. Qoşulma üzrə işlərə cavabdeh olan əməkdaşın əlaqə telefon nömrələri;
         d. Müəssisə (şirkət) rəhbərinin möhürü və imzası.

Bölmələrlə tanış olmaq

Xidmətlərdən istifadə qaydaları;
Təqdim olunan xidmətlər;
Tariflər.

Əlavə məlumat əldə etmək üçün «AZ-EVRO TEL» cəmiyyətinin abunə şöbəsinə müraciət edə bilərsiniz və ya saytımızın əks-əlaqə formasından istifadə edə bilərsiniz .