Tarif planının dəyişdirilməsi








Tarif planının dəyişdirilməsi qüvvədə olan Müqavilənin yeni Əlavəsi imzalandıqdan sonra abunəçinin ərizəsi ilə və həyata keçir. Keçirilmə yalnız ayın birindən tətbiq edilir.

Aşağıda göstərilən qaydalara riayət edin :

— Sizin şəxsi hesabınızda müsbət balans olmalıdır. Abunəçinin şəxsi hesabında mənfi balans yarandığı təqdirdə, bütün mövcud olan borclar ödənilməlidir.
Ödənişi «AZ-EVRO TEL» cəmiyyətinin abunə şöbəsində, nağdsız hesablaşma yolu ilə, Bakı şəhəri bankomatlar şəbəkəsi vasitəsilə, və yaxud Onlayn ödəmə xidmətindən istifadə edərək həyata keçirmək mümkündür.
— Tarif planını nöbbəti ayın başlanmasına 5 iş günündən gec olmayaraq, növbəti ayın əvvəlində yalnız bir dəfə dəyişmək mümkündür;
— Yeni tarif planı növbəti ayın əvvəlində yerli vaxtla saat 00:00 qüvvəyə minir;
— Tarif planının dəyişməsi pulsuz həyata keçir.

Tarif planının dəyişməsi üçün Telefon vasitəsilə daxil olan sifarişlərə (ərizələrə) baxılmır.

Əlavə məlumat əldə etmək üçün «AZ-EVRO TEL» cəmiyyətinin abunə şöbəsinə müraciət edə bilərsiniz və ya saytımızın əks-əlaqə formasından istifadə edə bilərsiniz.