Xidmətlərin müvəqqəti dayandırılması








Müvəqqəti dayandırılma – aşağıda göstərilən xidmətlərin müvəqqəti dayandırılmasına imkan yaradan və bununla bərabər şəbəkə operatorunun nizamlamasını, lokal şəbəkəni və şəbəkəyə qoşulma portunu qoruyub saxlayan bir xidmət növüdür: İnternetə çıxış, İP-Televiziya və İP-Telefoniyanın istifadəsi.

Yalnız şəxsi hesabınızın balansı müsbət olduğu təqdirdə Siz bu xidmətdən istifadə edə bilərsiniz. Xidməti il ərzində 2 aydan çox olmayan bir müddətə dayandırmaq mümkündür. Bu müddət ərzində xidmətlərin müvəqqəti dayandırılması üzrə tarif planı ilə müəyyən edilmiş miqdar sizin hesablaşma hesabınızdan silinəcək.
Xidmətlərin dayandırılması müddəti 2 aydan çox olduduğu halda xidmətin ödənişi portun istifadəsi üçün mövcud tariflərə uyğun olaraq həyata keçir. Xidmətlərin müvəqqəti dayandırılması qeyd etdiyiniz tarixdən təqvim ayının ümumi sayı daxil olmaqla həyata keçir.

Xatırladaq ki, «AZ-EVRO TEL» cəmiyyətində avans ödəniş sistemi istifadə edilir. Avans məbləği seçdiyiniz tarif planından və servis xidmətlərindən asılıdır və Sizin şəxsi hesabınıza köçürülür. Yalnız şəxsi hesabınız müsbət olduğu təqdirdə şirkətin xidmətlərinə çıxışı ələd edə bilərsiniz.

Siz aşağıda göstərilən bir neçə qaydada şəxsi balansınızı artıra və «AZ-EVRO TEL» cəmiyyətinin şəbəkə xidmətlərini ödəyə bilərsiniz :

— «AZ-EVRO TEL» cəmiyyətinin ofisində nəğd pulla ödəmə;
— Nəğdsiz hesablaşma yolu ilə.

«Xidmətlərin müvəqqəti qayandırılması» xidmətindən istifadə etmək üçün telefonla daxil olan sifarişlərə baxılmır.