Xidmətlərin göstərilməsindən imtina qaydaları








Siz İstədiyiniz zaman təqdim edilən xidmətlərdən bağlanılmış müqavilə əsasında imtina edə bilərsiniz.

Müqavilə ləğv edilən zaman Sizin şəxsi hesabınızda müsbət balans olmalıdır.
Xatırladıtıq ki, ay ərzində abunəçi göstərilən xidmətlərdən imtina etdiqdə ayın sonuna qədər hesabdan silinən məbləğ qaytarılmır və kompensasiya edilmir.

Abunəçi yazılı sürətdə ərizə ilə çirkətin ofisinə müraciət edərək xidmətin göstərilməsindən imtina edə bilər. Abunəçinin yazılı ərizəsi alındığı andan xidmətlərin göstərilməsi dayandırılır.

Müqavilənin qüvvədə olduğu müddət ərzində abunəçilərə icarəyə verilən avadanlıq qaytarılmalıdır. İcarəyə götürülmüş avadanlıq istifadə zamanı abunəçinin təqsiri üzündən zədələndiyi halda avadanlıq xərcləri ödənilməlidir.
Xahiş edirik xidmətlərin dayandırılma statusunu təyin edən tarixi qeyd edərkən diqqətli olasınız. . Məlumatın səhv və ya düzgün daxil etmədiyiniz halda Siz abunə şöbəsinin operatoru ilə əlaqə saxlayıb səhv barədə xəbər verməlisiniz. Əks təqdirdə göndərdiyiniz məlumat icraata alınacaq.

Telefon vasitəsilə daxil olan sifarişlərə (ərizələrə) baxılmır.