Haqqımızda

Azeurotel 1995-ci ildən ölkəmizin rabitə bazarında informasiya texnologiyaları və telekommunikasiya sahəsində özünə məxsus mövqeyə malikdir. Bu illər ərzində qazanılan təcrübə və biliklər müxtəlif sahələrdə çalışan müştərilərimiz üçün ən mürəkkəb layihələri belə uğurla başa çatdırmağa imkan yaradıb. Yarandığı vaxtdan etibarən telekommunikasiya dünyasının ən güclü və müasir şəbəkə avadanlıqlarından istifadə edərək müştəri məmnuniyyətini özünün əsas prioriteti elan edərək bu yolda bütün imkanlarını səfərbər edib. Təsadüfü deyil ki, şirkət-keyfiyyət, ən yaxşı ticarət markası və ən yaxşı menecmentə görə müxtəlif vaxtlarda 5 nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüşdür.

calendar
1995 Yaradılma tarixi
abonent
20 000 Telefon abunəçisi
bag
10 000 İnternet istifadəçisi

Azeurotel Bakı şəhərini əhatə edən özünə məxsus bazası əsasında təsbit olunmuş yüksək səviyyəli rabitə xidmətlərini təşkil edir. Bizim işimizin əsas prinsipi sərfəli qiymət və yüksək səviyyəli xidmətin təminatıdır.

Ödəniş üsulları