Ən çox soruşulan suallar

Telefon və internet xidmətinə qoşulmaq üçün hara müraciət etmək olar?

Telefon və internet xidmətinə qoşulmaq üçün Azeurotel-in ofisinə və ya  onlayn müraciət  edə bilərsiniz.

Telefon xidmətinə qoşulmaq üçün hansı sənədlər tələb olunur?

Fərdi abunəçilər mənzildə qeydiyyat olduqda, yalnız şəxsiyyət vəsiqəsi, mənzildə qeydiyyat olmadıqda, mülkiyyət sənədi və şəxsiyyət vəsiqəsi (etibarnamə);

Fiziki şəxslər (Fərdi sahibkarlar) şəxsi mülkiyyət olarsa, şəxsiyyət vəsiqəsi, mülkiyyət sənədi, VÖEN, şəxsi mülkiyyət olmazsa, şəxsiyyət vəsiqəsi, icarə müqaviləsi, VÖEN;

Hüquqi şəxslər yazılı müraciət (məktub), VÖEN, dövlət reyestrindən çıxarış, icarə müqaviləsi (mülkiyyətçi olmadıqda) və ya mülkiyyət sənədi (mülkiyyətçi olduqda) ilə müraciət edir və bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.

İnternet xidmətinə qoşulmaq üçün hansı sənədlər tələb olunur?

Fərdi abunəçilər mənzildə qeydiyyat olduqda, yalnız şəxsiyyət vəsiqəsi, mənzildə qeydiyyat olmadıqda, mülkiyyət sənədi və şəxsiyyət vəsiqəsi (etibarnamə);

Fiziki şəxslər (Fərdi sahibkarlar) şəxsi mülkiyyət olarsa, şəxsiyyət vəsiqəsi, mülkiyyət sənədi, VÖEN, şəxsi mülkiyyət olmazsa, şəxsiyyət vəsiqəsi, icarə müqaviləsi, VÖEN;

Hüquqi şəxslər yazılı müraciət (məktub), VÖEN, dövlət reyestrindən çıxarış, icarə müqaviləsi (mülkiyyətçi olmadıqda) və ya mülkiyyət sənədi (mülkiyyətçi olduqda) ilə müraciət edir və bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.

Ayrılmış xətt üzrə göstərilən internet xidmətinin üstünlükləri nədən ibarətdir?

Ayrılmış xətt üzrə göstərilən internet xidmətinin bir sıra üstünlükləri mövcuddur.
Əsas üstünlükləri:
-  100 Mbit/s qədər yüksək sürət;
-  24/7 rejimində kəsintisiz ötürülmə;
-  Fərdi operator xidməti.

İnternet xidmətində istifadə etdiyim sürəti dəyişmək üçün hara müraciət edə bilərəm?

İnternet xidmətində sürət dəyişikliyi etmək üçün Azeurotel-in ofisinə və ya  onlayn  müraciət edə bilərsiniz.

GPON xidmətinə qoşulma hansı müddət ərzində həyata keçirilir?

İstifadəçi  Azeurotel ilə müqavilə bağladıqdan sonra 7 iş günü ərzində qoşulma həyata keçirilir.