İnternet xidməti

go left
go right
Xidmət haqqında

Azeurotel Bakı şəhərində infrastrukturu mövcud olan binalarda və ərazilərdə fiber-optik xətlər üzərindən GPON texnologiyası vasitəsilə İnternet, telefon və İPTV xidmətlərini təqdim edir.


GPON texnologiyası vasitəsilə İnternet xidmətinin üstünlükləri:

250 Mbit/s-ə qədər qoşulma sürəti;

Kəsintisiz İnternet;

Telefon xətlərindən asılılığın olmaması;

Sərfəli tariflər;

Son avadanlıq Azeurotel tərəfindən xüsusi şərtlər və ya abunəçinin şəxsi vəsaiti hesabına təmin olunur.

 

GPON texnologiyası vasitəsilə İnternet xidmətlərinin tarifləri

Kanalın sürəti, Mbit/s

Aylıq abunə haqqı, AZN

1

100 Mbit/s

30,00

2

150 Mbit/s

36,00

3

250 Mbit/s

44,00

5

150 Mbit/s + telefon

42,00

6

250 Mbit/s  + telefon

50,00

7

100 Mbit/s + TV

36,00

8

150 Mbit/s + TV

42,00

9

250 Mbit/s  + TV

50,00

10

100 Mbit/s + telefon + TV

42,00

11

150 Mbit/s + telefon + TV

48,00

12

250 Mbit/s  + telefon + TV

56,00

 

Qeyd :

Bütün tariflər ƏDV daxil olmaqla qeyd olunub.

Qoşulma şərtləri

Azeurotel Optik şəbəkəsinə qoşulmaq istəyən istifadəçilər üçün qaydalar​.

Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

12 aylıq güzəştli şərtlər (Telefoniya+İnternet) — İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30.00 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. 

Standard müqavilə (Telefoniya+İnternet) — İstifadəçi standard müqavilə bağlayaraq Telefon və İnternet xidməti aldıqda 30.00 AZN qoşulma haqqı  və ONT modemi üçün endirimlə 50.00 AZN ödəniş edir.

Standard müqavilə (Telefoniya) — İstifadəçi standard müqavilə bağlayaraq yalnız Telefon xidməti aldıqda 30.00 AZN qoşulma haqqı və ONT modemi üçün 110.00 AZN ödəniş edir.

 

Azeurotel ADSL xidmətindən Optik şəbəkəsinə keçid etmək istəyən mövcud istifadəçilər üçün qaydalar.
12 aylıq güzəştli şərtlər (Telefoniya+İnternet) — İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30.00 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

Standart müqavilə (Telefoniya+İnternet) — İstifadəçi standard müqavilə bağlayaraq Telefon və İnternet xidməti aldıqda 30.00 AZN qoşulma haqqından azad edilir və ONT modemi üçün endirimlə 50.00 AZN ödəniş edir.

Standart müqavilə (Telefoniya) — İstifadəçi standard müqavilə bağlayaraq yalnız Telefon xidməti aldıqda 30.00 AZN qoşulma haqqından azad edilir və ONT modemi üçün 110.00 AZN ödəniş edir.

Xidmət haqqında

ADSL — Asymmetric Digital Subscriber Line (Asimmetrik rəqəmsal abunəçi xətti). ADSL-in asimmetrik olması iri həcmli məlumatın abunəçiyə  24 Mbit/s sürətlə ötürülməsini nəzərdə tutur (video, məlumat massivləri, proqramlar).
Məlumatların ötürülməsi səviyyəsinin konkret sürəti telefon stansiyası və Abunəçi arasında olan məsafədən asılıdır. 24 Mbit/s ötürülmə xətti telefon stansiyasından 2,7 km qədər məsafədə olan istifadəçilər üçün təmin edilir. 2,7-3,5 km məsafələrinə 6 
Мbit/s sürət həddi uyğundur. İstifadəçi telefon stansiyasından 3.5-5.5 km məsafədə yerləşdiyi halda sürət təxminən 1.5 Mbit/s təşkil edəcək. Məsafə 5,5 km olduğu halda ADSL ilə əlaqə təmin edilmir.


VDSL — Very-high data rate Digital Subscriber Line (Çox yüksək sürətli rəqəmsal abunəçi xətti). ADSL texnologiyası ilə müqayisədə, VDSL məlumatların ötürülməsində daha yüksək sürətə malikdir: ümumiyyətlə şəbəkədən istifadəçiyə tərəf 13 Mbit./s.-dən ÷ 52 Mbit./s.-yə qədər sürət təşkil etmək mümkündür.
Tələb olunan ötürmə qabiliyyətindən və kabelin tipindən asılı olaraq VDSL texnologiyası ilə xidmətləri nəzəri olaraq 1 300 metrə qədər məsafədə təşkil etmək mümkündür. Azeurotel tərəfindən VDSL texnologiyası ilə xidmətlər əsas stansiya avadanlığından 1 000 metr məsafəyə qədər olan istifadəçilərə 10 Mbit./s. ÷ 50 Mbit./s. sürətləri ilə təşkil və təqdim edilir.

Genişzolaqlı ADSL / VDSL xətləri vasitəsilə göstərilən İnternet xidmətləri üzrə :

Kanalın sürəti, Mbit/s

Genişzolaqlı xəttin instalasiya haqqı , AZN

Aylıq abunə haqqı , AZN

1

5 Mbit/s

20,00

2

6 Mbit/s

30,00

3

8 Mbit/s

40,00

4

10 Mbit/s

50,00

 

Qeyd :
1. Son avadanlıq Müştəri tərəfindən təmin olunur.
2. Bütün tariflər ƏDV daxil olmaqla qeyd olunub.

 

Xidmət haqqında

Azeurotel fərdi və biznes kateqoriyalı Müştərilərə fiber-optik kabel üzərindən ayrılmış xətt vasitəsilə İnternet xidmətini təqdim edir. Müştərinin Azeurotel-ə müraciətinə əsasən Bakı şəhərində infrastrukturumuz mövcud olan əraziyə keyfiyyətli və yüksək sürətli İnternet xidmətinin qoşulması mümkündür.


Ayrılmış xətt vasitəsilə İnternet xidmətinin üstünlükləri:     

1 Gbit/s-ə qədər qoşulma sürəti;

Kəsintisiz internet;

Video müşahidə, IP telefoniya, IPTV xidmətlərindən rahat istifadə imkanı;

Telefon xətlərindən asılılığın olmaması.

Ayrılmış xətt vasitəsilə məhdudiyyətsiz İnternet xidmətləri üzrə

Kanalın sürəti Mbit/s

Ayrılmış xəttin qoşulma haqqı, AZN

Aylıq abunə haqqı, AZN

1

8 Mbit/s

-

85,00

2

15 Mbit/s

-

150,00

3

25 Mbit/s

-

220,00

4

35 Mbit/s

-

300,00

5

50 Mbit/s

-

420,00

6

100 Mbit/s

-

800,00

7

1 Gbit/s

-

7090,00

 

Qeyd :
1. Tariflərə FO kabelin çəkilişi üzrə xərclər daxil edilməmişdir

2. Daxili şəbəkənin qurulması və “son mil” avadanlığı (media-konverter, rutor və s.) “Abunəçi” tərəfindən təmin olunur.

3. Bütün tariflər ƏDV daxil olmaqla qeyd olunub.

Ödəniş üsulları